Icma.az
close
up
RU
0 6 yaş aralığında bu travma ömürlük iz buraxır” XƏBƏRDARLIQ

0 6 yaş aralığında bu travma ömürlük iz buraxır” XƏBƏRDARLIQ

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Valideynin tez-tez və uzunmüddətli səfərlərdə olması uşaqların psixoloji və emosional inkişafına ciddi təsir göstərə bilər. Uşağın yaş dövrünə görə bu təsirlər fərqli formalarda ortaya çıxsa da, ortaq məqam ondan ibarətdir ki, valideynlə fiziki və emosional təmasın azalması təhlükəsiz bağlanmanı zəiflədir.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Nərmin Ağayeva bildirib ki, 0–3 yaş arası uşaqların əsas ehtiyacı təhlükəsiz bağlanmadır:

“Əgər qastrol valideynlik 0-3 yaş dövründə baş verərsə, ana və ya ata ilə güvənli bağlanma formalaşmır. Bu isə emosional soyuqluq və ya həddindən artıq yapışqanlıq, nitq və sosial bacarıqlarda geriləmə kimi təsirlərə səbəb ola bilər. pizza hut

3–6 yaş dövründə uşaq valideynin yoxluğunu tam anlamadığı üçün özünü günahkar hiss edə bilər. Bu isə çox vaxt davranış pozuntularına gətirib çıxarır.

6–10 yaş aralığında qastrol valideynlik məktəbdə intizamsızlıq, dərslərə maraqsızlıq, özünü fərqli və tənha hiss etmə, sosial müqayisə, valideynə qarşı inciklik və etibarsızlıq kimi nəticələr doğura bilər.

Əgər bu hal 11–18 yaş dövrünə təsadüf edirsə, uşaqlarda nizam-intizamın olmaması, müstəqil qərar verməkdə çətinlik və ya həddindən artıq sərbəstlik, valideynə qarşı üsyankar münasibət və ya laqeydlik, həmçinin yanlış qruplara yönəlmə riski artır”.

Psixoloqun sözlərinə görə, uşaqlar adətən valideynini fiziki və emosional olaraq itirdiyini düşündüyü üçün digər insanlarla da güvənli bağlanma formalaşdıra bilmir:

“Bu, gələcəkdə sosial münasibətlərdə güvən problemi, emosional məsafə saxlama və ya əksinə, həddindən artıq asılılıq yarada bilər. Valideynin qastrol səfərinə gedib uzun müddət qayıtmaması uşaqda "tərk edildim" hissi yarada bilər. Bu hiss isə gələcəkdə ayrılıq qorxusu, panik atak və ya özünü dəyərsiz hiss etmək kimi emosional nəticələrə gətirib çıxardır.

Uşaq "valideynim mənim üçün getdi" düşüncəsi ilə qəzəblənə, incik ola və ya passiv-aqressiv davranışlar sərgiləyə bilər. Bu xüsusilə yeniyetməlik dövründə daha aydın görünür. Ayrılıq təşvişi, həddindən artıq həsrət, ağlama, yuxu pozuntuları, tənha qalmaqdan qorxma kimi hallar da müşahidə olunur. Sosial çəkingənlik və emosional dalğalanmalar da bu təsirlərə daxildir.

Kiçik yaşlı uşaqlar bəzən "valideynim getdi, çünki mən pisəm" kimi irrasional düşüncələr formalaşdırır. Bu isə özünə dəyər hissinin aşağı düşməsinə və özünü cəzalandırıcı davranışlara səbəb olur”.

Nərmin Ağayeva vurğulayıb ki, ayrılıq travması bütün yaş dövrlərində təsir etsə də, ən dərin izləri 0–6 yaş aralığında olan uşaqlarda qoyur:

“Bu dövr uşağın emosional, sosial və beyin inkişafı baxımından ən həssas mərhələsidir. Həmin vaxt uşaq üçün "valideyn = pul gətirən" obrazı formalaşa bilər. Bu isə gələcəkdə emosional bağlılıq yerinə maddi asılılıq yaradır. Əsl sevgi, diqqət və fiziki ünsiyyət olmadan uşaq emosional olaraq tənha böyüyür. Şüuraltında "ən çox sevdiyim insan belə gedə bilər" düşüncəsi formalaşır ki, bu da münasibətlərdə qısqanclıq, paranoya və özünü həmişə ikinci planda hiss etmə kimi nəticələrə gətirib çıxara bilər”.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri