Icma.az
close
up
RU
Bir anlıq tələskənlik, bir ömürlük itki DYP dən piyadalara XƏBƏRDARLIQ

Bir anlıq tələskənlik, bir ömürlük itki DYP dən piyadalara XƏBƏRDARLIQ

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Gündəlik həyatımızda elə vərdişlər var ki, onların nə qədər təhlükəli olduğunu yalnız faciə baş verəndə anlayırıq. Sürücülər kimi piyadaların da yol hərəkəti qaydalarına əməl etməsi həyati əhəmiyyət daşıyır. Təəssüf ki, bəzən tələskənlik, diqqətsizlik və ya qaydalara laqeydlik ciddi fəsadlara yol aça bilir. 

DYP-dən Avtosfer.az-a verilən xəbərə görə, bu fikirlər təhlükənin real təsviridir və hər birimizi bir daha düşünməyə vadar edir.

Bəzən insanlar hündür binanın pəncərəsindən aşağı baxmaqdan çəkinir, qorxur. Ancaq eyni insanlar yol keçərkən irəliyə düşünmədən addım atır – həyatlarını təhlükəyə ataraq. Hər iki hal həm binadan atılmaq, həm də keçid olmayan yerdən yolu keçmək. Eyni sonluğa aparan risklər daşıyır.

Araşdırmalar göstərir ki, 70 km/saat sürətlə hərəkət edən avtomobilin vurduğu piyadanın sağ qalma ehtimalı cəmi 10–20 faiz təşkil edir. Bu göstərici, özünü 9-cu mərtəbədən atmaqla eyni riski daşıyır. İnsan özünü binadan atmaz, çünki nəticənin faciəvi olacağını anlayır. Bəs niyə eyni təhlükəni dərk etmədən, keçid olmayan yerdən yolu keçir?

Unutmayaq ki, piyada olaraq bir qaydanı pozmaq, sadəcə inzibati məsuliyyət deyil, bəzən geri dönüşü olmayan bir faciənin başlanğıcıdır. Keçid olmayan yerlərdə yola çıxmaq, diqqətsiz hərəkət etmək təkcə öz həyatınızı deyil, həm də digər yol iştirakçılarının həyatını təhlükəyə atır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha vətəndaşlara qaydalara ciddi riayət etməyi, yalnız müəyyən olunmuş keçid yerlərindən istifadə etməyi və yolun hər bir addımında düşünülmüş davranmağı tövsiyə edir.

Qaydaya əməl et – həyatını qoru.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri