Icma.az
close
up
RU
0:1 hesabı ilə uduzsaydıq, belə ağır olmazdı Rəşad Sadıqov

0:1 hesabı ilə uduzsaydıq, belə ağır olmazdı Rəşad Sadıqov

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Ağır və mübarizəli matç izlədik. Oyun daha çox mərkəzdə gedirdi. Üstünlük bir tərəfdən digərinə keçirdi".

QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda bu gün "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

"Neftçi"nin 2:1 hesabı ilə qalib gəldiyi matçda qollar 88, 90+1 və 90+3-cü dəqiqədə vurulub. R.Sadıqov dramatik sonluiqla bitən matçı belə şərh edib: "75-ci dəqiqədən sona qol vurmağa yaxın olan biz idik. Standart vəziyyətlərin davamında qollar buraxırıq. Böyük qüvvə ilə irəli atılıb, hesabı bərabərləşdirdik. O dəqiqələrdə hücum etsən, bir qolla nəticələnməz, amma qapımızda iki epizod qolla nəticələndi. Rəqibi təbrik edirəm. Məğlub olmaq limitimiz var idisə, bu turda oldu. Başımızı dik tutmalıyıq. Ağır və acı məğlubiyyətdir. 0:1 hesabı ilə uduzsaydıq, bəlkə belə ağır olmazdı. Təəssüf ki, məğlub olduq. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm". 

R.Sadıqov "Neftçi"nin onlara qarşı prinsipial yanaşdığını qeyd edib: "Futboldur. Ola bilər hansısa rəqib kimin üçünsə prinsipial olsun. Burada olduğum dönəmdən “Neftçi” bizə qarşı prinsipial olub. Samir Abasovun dönəmində olub ya əvvəl... 4,5 ildir buradayam. 2:0 udduğumuz matç bir balaca asan keçdi. Onda "Neftçi"nin performansı aşağı idi. İki il bundan əvvəl Samir Abasovun dönəmində "Neftçi" üzərində qələbə qazansaq, üçüncü olacaqdıq. Burada çox prinsipial görüş keçdi. Qarşımda fərqli "Neftçi" gözləmirəm. Futbolçulara da demişdim ki, digər oyunlarda "Neftçi"ni necə görürsüz, bilmirəm, amma bizimlə fərqlidir. Oyunlarımız prinsipial keçir. Ola bilər ki, bizə qarşı oynamaq maraqlıdır".

O, "Bu rəqibin prinsipiallığı Rəşad Sadıqovun ad və soyadına görə ola bilər?" sualını belə cavablandırıb: "Düşünmürəm. Orada bəlkə də 90 faiz insan məni tanımır. Bu məqamlar bizi daha da gücləndirməlidir. 90-cı dəqiqəyə qədər qələbəyə yaxın biz idik. Ədalətli nəticə 0:0 olardı. Avorkuboklardan bu yana belə qollar buraxmışıq. Hesabı bərabərləşdirdik. Amma qoruyub-saxlaya bilmədik".

R.Sadıqov Eldar Quliyevin son vaxtlar meydana çıxmamasının səbəbini də izah edib: "Virus yayılanda xəstələnmişdi. 15-20 gün hərarəti yüksək oldu. Zədəlilərimiz var. Davit Volkov qışda xəstələnmişdi, tam sağalmamışdı. Hücum xəttində disbalans yaşayırıq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Fevral 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri