Icma.az
close
up
RU
“Ədalətli nəticə 0:0 olardı” Rəşad Sadıqov

“Ədalətli nəticə 0:0 olardı” Rəşad Sadıqov

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, “Zirə” Azərbaycan Premyer Liqasının 22-ci turunda doğma meydanda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ağır və çoxsaylı mübarizələri olan matç izlədik. Oyun daha çox mərkəzdə gedirdi. Üstünlük bir tərəfdən digərinə keçirdi. 75-ci dəqiqədən sona qol vurmağa yaxın olan biz idik. Standart vəziyyətlərin davamında qollar buraxırıq. Böyük qüvvə ilə irəli atılıb, hesabı bərabərləşdirdik. O dəqiqələrdə hücum etsən, bir qolla nəticələnməz, amma qapımızda iki epizod qolla nəticələndi. Rəqibi təbrik edirəm. Məğlub olmaq limitimiz var idisə, bu turda oldu. Başımızı dik tutmalıyıq. Ağır və acı məğlubiyyətdir. 0:1 hesabı ilə uduzsaydıq, bəlkə belə ağır olmazdı. Təəssüf ki, məğlub olduq. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm. 

- “Zirə qış fasiləsindən sonra rəqib tanımırdı. “Neftçi”yə isə 2 oyunda da uduzmusuz. Samir Abasov - Rəşad Sadıqov amilini önə çəkmək olar? 

- Futboldur. Ola bilər hansısa rəqib kimin üçünsə prinsipial olsun. Burada olduğum dönəmdən “Neftçi” bizə qarşı prinsipial olub. Samir Abasovun dönəmində olub ya əvvəl... 4,5 ildir buradayam. 2:0 udduğumuz matç bir balaca asan keçdi.

Onda “Neftçi”nin performansı aşağı idi. İki il bundan əvvəl Samir Abasovun dönəmində “Neftçi” üzərində qələbə qazansaq, üçüncü olacaqdıq. Burada çox prinsipial görüş keçdi. Fərqli “Neftçi” gözləmirəm qarşımda. Futbolçulara da demişdim ki, digər oyunlarda “Neftçi”ni necə görürsüz bilmirəm, amma bizimlə fərqlidir. Oyunlarımız prinsipial keçir. Ola bilər bizə qarşı oynamaq maraqlıdır.

- Rəşad Sadıqovun ad və soyadı ola bilər?

- Düşünmürəm. Orada bəlkə də 90 faiz insan məni tanımır. Bu məqamlar bizi daha da gücləndirməlidir. 90-cı dəqiqəyə qədər qələbəyə yaxın biz idik. Ədalətli nəticə 0:0 olardı. Avorkuboklardan bu yana belə qollar buraxmışıq. Hesabı bərabərləşdirdik. Amma qoruyub-saxlaya bilmədik.

- Eldar Quliyev oynamır son vaxtlar. Bunun səbəbi nədir?

- Virus yayılanda xəstələnmişdi. 15-20 gün hərarəti yüksək oldu. Zədəlilərimiz var. Davit Volkov qışda xəstələnmişdi, tam sağalmamışdı. Hücum xəttində disbalans yaşayırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Fevral 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri