“1 həftə hücum olmayacaq” demişdi... Putin Trampa verdiyi sözü tutmadı
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp yanvarın 29-da açıqlamışdı ki, Rusiya yaxın bir həftə ərzində Kiyev və digər Ukrayna şəhərlərinə hücum etməyəcək. Onun sözlərinə görə, bu məsələ Vladimir Putinlə razılaşdırılıb və qərar sərt qış şəraiti ilə yanaşı, mülki əhalinin vəziyyəti nəzərə alınaraq qəbul edilib.Ukrayna prezidenti Volodimir Zelenski isə Vaşinqtonun bu təşəbbüsünü müsbət dəyərləndirmiş, xüsusilə enerji obyektlərinə zərbələrin dayandırılacağına ümid etdiyini bildirmişdi.
Ancaq Trampın açıqlamasından cəmi dörd gün sonra Rusiya ordusu Ukraynaya genişmiqyaslı hücumlara başlayıb.
Ukrayna tərəfinin məlumatına görə, hücumlar zamanı 450 pilotsuz uçuş aparatı və 70-dən çox raketdən istifadə olunub. Zərbələrin əsas hədəfi enerji infrastrukturu olub.
Nəticədə Kiyev, Xarkov və digər bölgələrdə minlərlə yaşayış evi işıqsız və istiliksiz qalıb. Bəzi ərazilərdə havanın temperaturu mənfi 25 dərəcəyədək düşdüyündən yüz minlərlə insan ağır şəraitlə üzləşib.
Zelenski Rusiyanı əldə olunmuş razılaşmanı pozmaqda və mümkün sülh danışıqları ərəfəsində gərginliyi qəsdən artırmaqda ittiham edib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 03 Fevral 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















