Icma.az
close
up
RU
1 imzaya 600 milyard dollar

1 imzaya 600 milyard dollar

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollardan çox məbləğdə sazişlər və investisiya öhdəlikləri paketi imzalayıblar və bu, iki ölkə arasında iqtisadi əməkdaşlıq tarixində ən böyük sövdələşmədir. Bu barədə Ağ Evin yaydığı məlumatda deyilir. Məlumata görə, imzalanma mərasimi Ər-Riyadda ABŞ Prezidenti Donald Tramp və vəliəhd şahzadə Məhəmməd bin Salmanın iştirakı ilə baş tutub və onlar hər iki ölkənin strateji tərəfdaşlığı dərinləşdirmək və uzunmüddətli iqtisadi rifahı təmin etmək niyyətini təsdiqləyib. ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə müqaviləsinin dəyəri 142 milyard dollardır ki, bu müqaviləyə dünya tarixinin ən böyük müdafiə müqaviləsi hesab edilir. Səudiyyə Ərəbistanına veriləcək bu silahlar əsas etibarı ilə İran və husilərlə mübarizə üçün lazımdır. Husilər Səudiyyə torpaqlarına tez - tez hücumlar edir ki, bu da krallığın təhlükəsizliyi üçün ciddi təhdiddir. İmzalanmış sazişin əsası məhz sahil və hava müdafiəsinin gücləndirməsi ilə bağlıdır ki, bu da son zamanlar da Yəməndən Səudiyyə Ərəbistanına artan hava hücumu ilə bağlıdır. İmzalanan sazişlər böyük ölçüdə ABŞ - nin bölgədəki rəqiblərini zəiflətməyə yönəlmiş addım kimi xarakterizə oluna bilər. Vaşinqton İranın bölgədəki fəaliyyətindən ciddi şəkildə narahatlıq keçirir. Nüvə proqramı ilə bağlı Omanda aparılan danışıqların müsbət istiqamətdə getdiyi bildirilsə də bu ölkədən gələcəkdə gələcək zərbələr regionda ciddi gərginliyə səbəb ola bilər. Tramp admistirasiyası Körfəz ətrafı müttəfiqləri və İsrailin təhlükəsizliyindən ciddi şəkildə narahatlıq keçirir. Buna görə də regionda İrana qarşı əsas güc olan Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafı ABŞ üçün prioritet təşkil edir. Bu müqavilə ilə Tramp eyni zamanda Rusiya və Çinin Səudiyyə üzərində təsirini də azaltmış oldu. Belə ki, yeni müqavilə krallığın Rusiya və Çinlə olan əməkdaşlığına məhdudiyyətlər gətirir. Bayden admistirasiyasının bölgədə fəallıq göstərməməsi səbəbindən Rusiya və Çin Səudiyyə ərazisində iqdisadi və hərbi fəallığını artırmışdı. Tramp yeni müqavilə ilə bu ölkələrin təsir gücünü qırdı. Ər - Riyad ABŞ ilə bərabər İsraillə də münasibətləri gücləndirir ki, bu da regionda yeni güc mərkəzinin meydana çıxmasına səbəb olur. Hazırda ərəb dünyasının gözlədiyi Qətər və Səudiyyə Ərəbistanının bu müttəfiqlikdən Fələstin məsələsinin həllində istifadə edib - etməyəcəyidir. Ehtimal ki, Məhəmməd bin Salman Trampı " Qəzza planı " dan vaz keçməsi üçün razı salmağa çalışacaq. İstənilən halda, imzalan saziş ABŞ - nin Yaxın Şərqdəki mövqelərinin gücləndirilməsi və Səudiyyə Ərəbistanının ərəb dünyasının lider dövlətinə çevrilməsi ilə nəticələnəcək prossesin başlanğıcını qoymuş oldu.
Zeynal Əmrəliyev, politoloq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 May 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri