Icma.az
close
up
RU
Hədəf 1 milyard dollar...

Hədəf 1 milyard dollar...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında ticarət dövriyyəsinin rekord həddə çatdırılması razılaşdırılıb

Prezident İlham Əliyev və Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında çox mühüm mesajlar verildi. Ş.Mirziyoyevin bəyan etdiyi kimi, Ali Dövlətlərarası Şuranın üçüncü iclası və bu səmərəli format müttəfiqlik münasibətlərinin ən yüksək səviyyəsinin ən yaxşı nümayişidir. Strateji tərəfdaşlığın və müttəfiqliyin hər bir müddəası konkret, real işlərdə öz əksini tapır və bu dinamika iqtisadi mübadilələrin ruhunda özünü konkret olaraq əks etdirir. Son illərdə ikitərəfli münasibətlərin inkişafı və keyfiyyətcə yeni mərhələyə çatması üçün qarşılıqlı təmaslar daha da artıb, ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirilməsi birgə əməkdaşlığın gündəliyini daha da genişləndirib.

Son beş ildə qarşılıqlı ticarətin həcmi 3 dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb. Bu, heç də son hədd deyil. Hökumətlərarası Komissiyanın iclası, Biznes Şurasının və Regionlar Forumunun toplantılarının keçirilməsi də birgə layihə və proqramların icrasında sıçrayışı təmin etməkdədir.

Azərbaycan və Özbəkistan əmtəə dövriyyəsini artırmaq üçün əlavə ticari stimulların təşviqi və tətbiqi istiqamətində də qətiyyətli addımlar atır, ən yaxın hədəf  2030-cu ilə qədər ticarət dövriyyəsinin 1 milyard dollarlıq həddinə çatdırılmasıdır. Bunun üçün möhkəm hüquqi əsas da yaradılıb -  “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram”ı və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında investisiyalar və ticarət sahələrində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planı”nı (Yol Xəritəsi)” hədəflərə çatmaq üçün mühüm hüquqi baza deməkdir.

Sərmayələrin qarşılıqlı təşviqi və mühafizəsi

Üç il əvvəl yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Fondu isə birgə investisiyaları əlaqələndirən və həyata keçirən əsas qurumlardan biri kimi çıxış edir. 500 milyon nizamnamə kapitalı olan fondun strateji fəaliyyət istiqamətləri olduqca genişdir və sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirmək niyyətindədir. Şirkətin fəaliyyəti eləcə də səhiyyə, logistika, sənaye, kənd təsərrüfatı emalı, maliyyə texnologiyaları, informasiya texnologiyaları, təhsil və enerji sahələrini əhatə edən uzunmüddətli layihələrin hazırlanmasına və dəstəklənməsinə yönəlib. Cənab İlham Əliyevin bəyan etdiyi kimi qurumun investisyalarının təxminən 160 milyonu artıq müəyyənləşdirilib və bu vəsaiti tezliklə istifadə ediləcək. Səmərəli və nəticəyönümlü fond kimi bu təsisat Azərbaycan və Özbəkistan ərazisində, investisiya qoyulan layihələrdə də maliyyənin aparıcı sənaye lokomitivinə çevrilə bilər.

“Made in Central Asia” sənaye mərkəzlərinin yaradılması

Tərəflər iqtisadi-ticari əlaqələrin konkret məzmunla zənginləşdirilməsi, eləcə də 3-cü ölkələrlə inteqrasiyası üçün davamlı səylər göstərir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir. Bu baxımdan Azərbaycan və Özbəkistanın prinsipial strateji qərarları ikitərəfli əlaqələrin inkişafını təmin etməklə bərabər, daha geniş coğrafi inkişafa, regional əməkdaşlığın möhkəmlənməsinə töhfələr verməkdədir. Bu faydalı model Mərkəzi Asiya və digər region ölkələrinin birgə inteqrasiyası, nəqliyyat-enerji bağlantılarının açarı kimi çıxış edir. Azərbaycanın Məşvərət Görüşləri formatına qoşulmasından sonra iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açılıb. Bölgədə istehsal zəncirlərini birləşdirmək və “Made in Central Asia” brendi üzrə sənaye mərkəzlərinin yaradılması da Mərkəzi Asiya dövlətlərinin iqtisadi inteqrasiyasına töhfələr verə bilər.

Regionlararası iqtisadi-ticari tərəfdaşlığın genişləndirilməsi

Ali Dövlətlərarası Şuranın üçüncü iclasında ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, mədəniyyət və digər sahələrdə yeni layihələrin istiqamətləri,  siyasi dialoqu gücləndirmək, parlamentlər və hökumətlər, sənaye qurumları və regionlar arasında fəal əlaqələri dəstəkləmək barədə anlaşma əldə olunub. Regionlar iqtisadi-ticari tərəfdaşlığın genişləndirilməsinin əsas hərəkətverici qüvvəsidir. Bu məqsədlə cari ayda Daşkənd şəhərinin, Buxara və Namanqan vilayətlərinin hakimləri Azərbaycana səfər ediblər.

Əməkdaşlığın daha bir mühüm istiqaməti nəqliyyat-tranzit sahəsidir. Trans-Xəzər dəhlizinin potensialını birlikdə inkişaf etdirəcək, logistika infrastrukturunun səmərəliliyini artıracaq, daşımaları stimullaşdıracağıq. Bunun üçün Xəzər dənizində birgə donanmanın yaradılması üzrə işi fəallaşdıracağıq.

İki ölkə öz mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə “Rəqəmsal İpək Yolu” layihəsində də sıx əməkdaşlığı təşviq edir. Həmçinin Azərbaycan və Özbəkistan Mərkəzi Asiya, Qafqaz, Aralıq və Qara dənizini birləşdirən nəqliyyat dəhlizlərində əsas coğrafi hüdudlardan biri kimi strateji yer tutur.

Biznesmenlər Şurası yaradılır

Özbəkistan və Azərbaycan hökumətləri iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulmasına dəstək vermək, birgə invetisiya layihələrini təşviq etmək məqsədilə Biznesmenlər Şurası yaratmağı da planlaşdırır. Hazırda yeni təsisatın yaradılması üçün zəruri texniki və hüquqi məsələlər həll edilməkdədir. Şura biznes nümayəndələri arasında birbaşa qarşılıqlı fəaliyyəti təmin etmək, onların üzləşdiyi texniki çətinliklərni və hüquqi məsələlərin operativ şəkildə həllinə nail olmaq, institisional dəstək göstərmək, biznes planlarının realizasiyası istiqamətlərdə çevik və təsirli addım atmaq məqsədi daşıyır. 

Özbəkistan və Azərbaycanda ikitərəfli və çoxtərəfli iqtisadi layihələri genişləndirməklə həm iqtisadi-ticari münasibətlərin dinanikasını, həm də qarşılıqlı sərmayə yatırımlarının məbləğini artırmaq niyyətindədir. Bu prosesdə iri şirkətlər və investisiya korporasiyaları ilə yanaşı, kiçik və orta biznes icmasının da sərmayə təşviqinə cəlb edilməsinə ehtiyac var. Bu baxımdan Biznesmenlər Şurası bu funksiyanı öz üzərinə götürərək ticarət-sənaye palataları və sahibkarlar assosiasiyalarının xətti ilə koordinasiyanı təmin edəcək, investisiya paketinin formalaşdırılmasına töhfə verəcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Avqust 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see414

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see327

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see322

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see261

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see257

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see229

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see200

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see198

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see197

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see180

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see179

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see177

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see175

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see169

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see164

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see162

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see161

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see158

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri