Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

1 İyunda Şuşada səslənən türklüyün, birliyin və gələcəyin harmoniyası...

1 İyunda Şuşada səslənən türklüyün, birliyin və gələcəyin harmoniyası...

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İşğaldan azad olunmuş Şuşa artıq təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ruhani və mədəniyyət paytaxtına çevrilib. Bu qədim şəhər nəinki tariximizin, həm də gələcəyimizin rəmzidir.

İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Şuşa növbəti bayramını qeyd edirdi. Türk dünyasının mədəniyyət incisi, qəlbimizin tacı olan bu şəhər artıq dördüncü ildir ki, türkdilli xalqların məktəblilərini bir araya gətirən beynəlxalq uşaq yaradıcılıq festivalına ev sahibliyi edirdi. “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı bu bayram tədbiri bir uşaq şənliyi olmaqdan daha çox, türkün birliyinə, ruhuna və gələcəyinə bir çağırış, bir and yeridir.

Şuşaya hər səfər bir duyğular selidir, hisslərin səssiz pıçıltısıdır. Aşırımlı yollarda qəlbin sükuta bürünən, tarixlə baş-başa qalan anıdır. Qəhrəman əsgərlərimizin sıldırım qayalara dırmaşaraq bu şəhəri azad etdiyi səhnələr bir anlıq göz önündə canlanır. Hər kəsin içindən keçən eyni ehtiramla: “Salam, əsgər! Ruhun şad olsun!”, - deyirsən. Bura təkcə coğrafi məkan deyil, bura ruhun təmizləndiyi, insanın içində bir xalqın gücünü hiss etdiyi məkandır.

Şuşaya hər səfər təkrarsız bir duyğudur. Yol boyu keçdiyin hər qarış torpaq səni tarixə, qürura, eyni zamanda inam və ümidə bağlayır. Burada torpağın hər zərrəsi şəhid qanı ilə yoğrulub, hər daşın, hər qayanın altında bir əfsanə yatır.

Bu müqəddəs şəhərə ayaq basanda ruhun sanki arınır, burada aparılan quruculuq işləri isə səni sabaha, işıqlı gələcəyə kökləyir. Şuşada bərpa edilən hər bina, çəkilən hər küçə bir əzmin, qəhrəmanlığın, bir dövlət iradəsinin təcəssümüdür.

Şair Mikayıl Müşfiqin misraları bu yerdə dilə gəlir:

“Mənim könlüm deyir ki,

Hələ bunlar nədir ki...

Böyük günlər, şanlı günlər,

Yoluna düşən günlər

Hələ qarşımızdadır...”

Budəfəki səfərdə mən bu hissləri yaşadım, gördüklərimin yaratdığı təəssüratı sizlərlə sadəcə bölüşmək istədim.  

Arada fürsət tapıb 1 nömrəli Şuşa məktəbinə də baş çəkdik. Həmkar dostum Elxan Nəcəfovla Şuşanın içi ilə məktəbə sarı yollandıq, qədim binarın hər daşı, küçələrin döşəməsi sanki dil açıb danışır, gözlərinin qarşısında qədim mənzərəni canlandırırdı. Hər yanından keçən yerli sakinlərin məlhəm bir doğmalıqla salam verməsi çox böyük bir qürur hissi yaşadırdı. Elə bil şəhərin özü səni qucaqlayırdı. Qədimliyin içində gələcəyə boylanan məktəbdən aldığımız təəssürüat isə tamam başqa idi. 

Məktəb gələcəyin nəfəsini daşıyırdı. Zamanın sınağından keçmiş bu binada indi yeni imkanlar məhz gələcəyə yol açır. Müasir texnologiyalar, elm və sənətin inteqrasiyası ilə qurulmuş laboratoriyalar hər bir şagirdə "düşün, öyrən, müqayisə et, yarat", - deyirdi. Dron texnologiyaları, mühəndislik, CodeLab, mekatronika və robototexnika, peyk sistemləri, alternativ enerji, ROV və AUV sistemləri, pilotsuz gəmi laboratoriyaları - bunlar artıq Azərbaycan təhsilinin gələcəyidir. Burada olmaq, bu atmosferi yaşamaq insana bircə arzu təlqin edir: “Kaş biz də bu məktəbdə oxuya biləydik...”

Məktəbin həyətində isə başqa bir həyat vardı - uşaq qəhqəhələri, həyəcanlı futbol oyunu və meydançadakı şuşalı məktəblilər. Uşaqların hər biri çox gözəl idi, qartal baxışlarında, səmimi simalarında o qədər xoşbəxt bir duyğu var idi ki... Onlara baxdıqca anlayırdın ki, Şuşa artıq gələcək nəsillərin şəhəridir. Hər bir uşaqda xoşbəxtliyin, azadlığın və ümidin parıltısı yaşayırdı. Məktəbin direktoru Səbinə xanım bizi səmimiyyətlə qarşılayaraq məktəbin infrastrukturu, məqsədləri, şagirdləri barədə məlumat verdi. Sabahkı festivalda Şuşa məktəblilərinin də səhnəyə çıxacaqlarını qürurla bildirdi. Bu xəbər bizə bir zamanlar xəyal kimi görünən gerçəklərin reallaşdığını sübut etdi. Məktəbin kitabxanasında Elxan müəllimin Rəsul Rzanın şeir kitabını vərəqləyərkən “Çinar” şeirindən xatırladığım misralar dilə gəldi:

“Belə məğrur dayanmağa haqlıyam,

Mən kökümlə bu torpağa bağlıyam”.

Festival axşamı isə şəhər daha da canlandı. Küçələrdə türk, qazax, qırğız, azərbaycanlı, şimali kiprli və macar uşaqlarının səsi səslərə qarışmışdı. Qəhqəhələr, ifalar Şuşa dağlarında əks-səda verirdi. Şuşa bir musiqi simfoniyasına dönmüşdü.

Səhəri gün isə səhnə uşaqların idi. Səhnədə əsl möcüzə baş verdi. Təqdim olunan nömrələr, hər bir uşaq ifası əsl qəhrəmanlıq nümunəsi idi. Qardaşlığın, dostluğun salnaməsi idi. Balaca ifaçılar yalnız rəqs və musiqi nümayiş etdirmirdi - onlar milli kimliklərini, mədəni irslərini, türk birliyini yaşadırdılar. 

Uşaqların hər biri Şuşa Konservatoriyasının səhnəsində sanki imtahan verir, buranın dəyərini anlayaraq, layiqincə ölkəsini təmsil etməyə çalışırdılar.

Bu səfərdə bir təsirli görüş də oldu. Aprel döyüşlərinin qəhrəman şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova ilə qarşılaşma, şəhid övladlarının festivala qatılması, sanki Şuşada ucalan canlı bir abidə qarşısında dayanmağa bərabər idi. Həmin abidə Şəhid uşaqlarının anaların qanadları altında məğrur duruşları ilə düşmənə göz dağının, qəhrəmanlığın ölməzliyini canlandırırdı. Şəhidlərin ruhuna ehtiram, gələcək nəsillərin xoşbəxtliyi naminə bir dua idi bu xəyal. Bu uşaqların varlığı, onların gülüşü bir daha sübut edirdi: Qəhrəmanlarımızın ruhu yaşayır və gələcək artıq qoruma altındadır.

Sözün tükəndiyi yer idi hər məqam. Bu səfər, bu festival, bu duyğular bir daha deyirdi ki, uşaqlar xoşbəxt böyüməlidirlər. Onlar üçün qurulan hər məktəb, təşkil olunan hər tədbir gələcəyimizə qoyulan möhkəm təməl, milli yaddaşımıza yazılan bir ümiddir. Şuşadan səslənən bu uşaq sədası isə bütün Türk dünyasının birliyinə, sabaha olan inamın simfoniyası idi.

Mehriban Vəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 İyun 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri