Icma.az
close
up
RU
“Birliyin melodiyası, Zəfərin harmoniyası”

“Birliyin melodiyası, Zəfərin harmoniyası”

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində Azərbaycan xalqının Zəfər Günü münasibətilə məşhur “Kings Place” mədəniyyət mərkəzində İngiltərədə yaşayan soydaşımız, Əməkdar artist, musiqiçi Elçin Şirinovun “Melody of Unity, Harmony of Victory“ (Birliyin melodiyası, Zəfərin harmoniyası) adlı konserti təşkil olunub. 

XQ xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan konsertdə İngiltərədə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin təmsilçiləri, rəsmi şəxslər – Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova iştirak edib.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi ehtiramla yad olunub, xalqımızın şanlı Zəfər tarixi haqqında geniş məlumat verilib. 

Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin unudulmaz ifadəsini – “Əziz Şuşa, sən azadsan!” ifadəsini bir daha yada salıb, ölkə başçısının qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunmasının tarixi əhəmiyyətini bir daha diqqət mərkəzinə gətiriblər.

Qeyd olunub ki, xaricdəki azərbaycanlılar informasiya müharibəsində fəal iştirak etməklə torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs amal uğrunda mübarizəyə qoşulub, haqq səsimizi dünya ictimaiyyətinə vaxtında və tutarlı faktlarla çatdırıblar.

Elçin Şirinovun və onu müşayiət edən müxtəlif millətlərdən olan incəsənət ustalarının ifasında Azərbaycan musiqilərinin caz üslubunda improvizasiyaları səsləndirilib. 

Soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri sənətçilərin yüksək peşəkar çıxışlarını sürəkli alqışlarla qarşılayıb, Azərbaycanın tarixi qələbəsinin dünyaya çatdırılmasında “səhnə diplomatiyası”nın əvəzolunmaz rolunu bir daha qeyd ediblər.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see278

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see268

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see261

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see255

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see249

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see249

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see246

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see241

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see241

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see235

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see234

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see221

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see221

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see218

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see216

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see214

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see213

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see210

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see209

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri