1 litr əqrəb zəhəri 10 milyonadır? KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Baku TV Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ölkədəki yeganə əqrəb ferması ilə bağlı reportaj hazırlayıb.
KONKRET.az xəbər verir ki, burada əqrəblər xüsusi üsullarla yetişdirilir, zəhərləri isə laboratoriya şəraitində toplanaraq satışa çıxarılır.
Fermanın işçilərindən Bayram Babayev bildirib ki, hər 15-17 gündən bir sağma aparılır və zəhər əldə edilir.
“Onların qidası un qurdudur, onu da biz özümüz yetişdiririk. Temperatur 26 dərəcə olmalıdır, yay-qış fərq etmir. Əqrəblər qaranlıqda qalmağı sevir və onlar Naxçıvan ərazisindən toplanıb”, – deyə o bildirib.
Qeyd edək ki, əqrəblər əsasən zəhər məqsədilə yetişdirilir və bu maddə tibb və kosmetologiyada son dərəcə qiymətli xammal hesab olunur. Əqrəb zəhəri güclü ağrıkəsici, antibiotik və xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Məlumatlara görə, bir litr əqrəb zəhərinin bazar qiyməti təxminən 10 milyon dollardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:247
Bu xəbər 22 May 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















