Icma.az
close
up
RU
Xərçəngin müalicəsində SENSASİON GƏLİŞMƏ: Əqrəb zəhəri ilə... VİDEO

Xərçəngin müalicəsində SENSASİON GƏLİŞMƏ: Əqrəb zəhəri ilə... VİDEO

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ankarada yaşayan Zilan Özdəmir 16 yaşında olarkən mavi əqrəb yetişdirmək qərarına gəlib. Türkiyə Meşə və Kənd Təsərrüfatı Nazirliyindən 2 il ərzində lazımi icazələri və sertifikatları alan Özdəmir, 3 min mavi əqrəbi kiçik bir otaqda bəsləyir. O, xüsusilə xərçəng müalicəsi və nevroloji xəstəliklər üçün faydalı olan əqrəb zəhərini hər həftə damladaraq istifadə edir.

Turkustan.az İHA-ya istinadən xəbər verir ki, Özdəmir əqrəblərdən yığdığı zəhri kub şəkərin üzərinə damladaraq həftədə bir dəfə istifadə edir.

"Xərçəng müalicəsində əqrəb zəhərindən istifadə olunur"

Özdəmir "YouTube"da Harran Universitetinin apardığı tədqiqatlardan təsirləndiyini bildirib: "Əqrəb zəhərindən xərçəngin müalicəsində istifadə olunur. Araşdırmalarımı davam etdirərək onun Kubada hazırlandığını öyrəndim. Sonra fikirləşdim ki, əqrəblərin vətəni Mesopotamiyadır, bəs niyə Türkiyədə də belə bir iş görmürük? Ailəmlə danışdım və inanılmaz dəstək oldular".

Mesopotamiyada yayılmış qara əqrəb ultrabənövşəyi işıq altında mavi rəngdə parladığı üçün "mavi əqrəb" adlanır. Özdəmir hazırda iki növ əqrəb bəslədiyini qeyd edərək bildirib: "Onları müəyyən bir temperaturda saxlamaq lazımdır. Mavi və sarı əqrəbə görə təxminən 12 ilə 27 dərəcə arasında dəyişir. Bizdə iki növ var: sarı və mavi əqrəb. Gübrəli torpaq istifadə edirik. Həftədə bir dəfə su veririk – çox su içmirlər. Canlı yem (həşərat, çəyirtkə) veririk, onlar da özləri ovlayaraq yeyirlər".

Özdəmir işə başlayanda çox qorxduğunu etiraf edib: "Əqrəblərlə daimi təmasdasınız. Üstəlik, zəhəri özümüz istehsal edib yeyirik. 3 min əqrəbin arasında olmaq qorxuducudur, amma bir müddət sonra alışırsan. Yeganə çətinlik onların ölməsidir – ölənləri görəndə ələ ala bilmirəm. Bunun xaricində heç bir çətinlik yoxdur".

O, əqrəblərin saxlandığı otaqların xüsusi şəraitə malik olması lazım olduğunu vurğulayıb: "Tavan hündür olmalıdır. Şəhər mərkəzindən uzaq bir yer seçdik, çünki orada 3 metrlik hündürlük təmin edə bilməzdik. Əqrəblərin qaçmasının qarşısını almaq üçün döşəmə kirəmitlə örtülməlidir. Zəlzələ riskinə qarşı otaq tamamilə təhlükəsiz olmalıdır".

"Ağciyər ləkəsini belə aradan qaldıra bilir"

Özdəmir elmə töhfə vermək istədiklərini bildirib: "Xərçəng müalicə oluna bilir, amma əqrəb zəhəri daha çox xəstəliyə şəfa ola bilər. Özümüz sınayıb gördük – ağciyər ləkəsini belə aradan qaldıra bilir".

Özdəmir sözlərini belə tamamlayıb: "Həftədə bir dəfə əqrəb zəhərini yığıb istifadə edirik. Bu üsul daha faydalıdır. Zaman keçdikcə dozanı azaldırıq – iki həftədə bir, üç həftədə bir, nəhayət ayda birə endiririk. Xərçəng, sinir sistemi pozuntuları, beyin və bağırsaq florası kimi problemləri müalicə edir".

Türkiyədə əqrəb yetişdirilməsi

Türkiyədə əqrəb yetişdirmə müəssisələrinin qurulması prosesi yerli və milli qaydalara, icazələrə və nəzarətə tabedir. Türkiyə Meşə və Kənd Təsərrüfatı Nazirliyinin qaydaları əsasında bu sahədə işlər sürətlənib. Müəssisə qurma icazələri, "Əqrəb Təsisi Texniki Şərtləri" çərçivəsində hüquqi və fiziki şəxslərin müraciəti əsasında qiymətləndirilir.

Layihə üzrə aparılan qiymətləndirmədən sonra Heyvandarlıq Baş İdarəsi tərəfindən "layihə uyğunluq qərarı" verilir. Bu çərçivədə indiyə qədər Şanlıurfa, Konya, Elazığ, Ankara, Antalya, Qaziantəp və Mərdin də daxil olmaqla cəmi 86 müəssisəyə texniki baxımdan icazə verilib. /musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Aprel 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri