Icma.az
close
up
RU
1 manat 70 qəpiklik möcüzə Bazarda hamı bu meyvəni soruşur

1 manat 70 qəpiklik möcüzə Bazarda hamı bu meyvəni soruşur

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər bazarlarda feyxoa bolluğu müşahidə olunur. Həm dadı, həm də sağlamlığa təsiri ilə seçilən bu meyvə mövsümün ən çox satılan məhsullarından biridir.
Bizim.Media xəbər verir ki, “Yenisabah.az” sözügedən meyvənin insan orqanizminə faydalarını araşdırıb.
Mütəxəssislər bildirirlər ki, feyxoa orqanizm üçün çox xeyirlidir. Onun tərkibindəki yüksək lif bağırsaqların fəaliyyətini tənzimləyir, həzm sistemini gücləndirir və qəbizliyin qarşısını alır.
Kaliumla zəngin olduğu üçün qan təzyiqini normallaşdırır, ürək-damar sistemini qoruyur.
Feyxoa həmçinin güclü antioksidant hesab olunur. C və B qrupu vitaminləri sayəsində immuniteti möhkəmləndirir, sinir sistemini sakitləşdirir, dərinin və saçların sağlamlığına müsbət təsir göstərir. Mütəxəssislər qeyd edirlər ki, feyxoa yod baxımından da zəngindir və qalxanvari vəz funksiyasını dəstəkləyir. Bu səbəbdən, xüsusən yod çatışmazlığından əziyyət çəkən şəxslərə bu meyvəni rasionlarına daxil etmək tövsiyə olunur.
 

Lakin həkimlər xəbərdarlıq edirlər ki, şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər feyxoanı çox yeməsinlər. Meyvənin tərkibində şəkər miqdarı nisbətən yüksək olduğundan artıq qəbulu məsləhət görülmür. Tireotoksikozu (qalxanvari vəzin həddindən artıq aktivliyi) olan insanlar da diqqətli olmalıdırlar.


Mütəxəssislər feyxoanı təzə halda, həmçinin şirə və ya mürəbbə kimi istifadə etməyi tövsiyə edirlər.
Onların fikrincə, bu meyvə payızın soyuq günlərində orqanizmi xəstəliklərdən qorumağın ən dadlı yollarından biridir.
Hazırda paytaxt bazarlarında feyxoanın bir kiloqramı orta hesabla 1,5 – 1,7 manat arasında dəyişir. Mövsümün əvvəlində qiymətlər bir qədər yüksək olsa da, məhsul bolluğu səbəbindən son günlər eniş müşahidə edilir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Noyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri