Icma.az
close
up
RU
1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçirilib FOTO

1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçirilib FOTO

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

TƏBİB-in təşkilatçılığı ilə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Poliklinikasında media nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.

Gununsesi.info xəbər verir ki, “Açıq qapı” gününün keçirilməsində əsas məqsəd poliklinikanın fəaliyyəti ilə iştirakçıları əyani tanış etmək, peyvənd prosesini izləmələrinə şərait yaratmaq və onları maraqlandıran sualları cavablandırmaqdan ibarət olub.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ilk olaraq iştirakçıları salamlayıb. O bildirib ki, peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur:

“Ötən il – 2024-cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayına qədər tibb müəssisələrimizdə ümumilikdə 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 min 431 nəfəri 0-17 yaş, 29 min 717 nəfəri isə 18 yaşdan yuxarı vətəndaşlarımızdır. Bu rəqəmlər göstərir ki, artıq insanlar öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşır, peyvəndə etimad və maraq getdikcə artır”.

TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva qeyd edib ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi xarakter daşıyır və onların tətbiqi uşaqların, yaşlıların, xroniki xəstəlikləri olan şəxslərin, həmçinin tibb işçilərinin qrip və onun ağırlaşmalarından qorunmasında mühüm əhəmiyyət kəsb edir:

“Oktyabrın 8-dən bu günədək 741 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 641 nəfəri Bakı şəhərində yerləşən ilkin-səhiyyə xidməti göstərilən müəssisələrdə qrip əleyhinə peyvənd olunub. Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar isə Sumqayıt şəhəri, Qəbələ, İsmayıllı, Qobustan, Xaçmaz və Ağdaş rayonlarıdır”.

1 nömrəli Şəhər Poliklinikasının baş həkimi Təranə Nurəlibəyova poliklinikanın fəaliyyəti ilə iştirakçıları tanış edib. T.Nurəlibəyova bildirib ki, tibb müəssisəsində peyvəndlənmə “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub və peyvəndlər böyüklərə, eləcə də 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Tədbirin sonunda media nümayəndələri könüllü olaraq qrip əleyhinə peyvənd olunublar. “Açıq qapı” günü iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qripə qarşı vaksinasiya Bakı və regionlarda ərazi üzrə ilkin səhiyyə xidməti göstərən TƏBİB tabeli tibb müəssisələrində 8 oktyabr tarixindən həyata keçirilir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Oktyabr 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri