Paraatletika üzrə Açıq Qapı Günü keçirilib FOTO
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə paraatletika üzrə Açıq Qapı Günü keçirilib.
İdman.Biz xəbər verir ki, Bakı Atletika Mərkəzində təşkil olunan tədbirin əsas məqsədi paraatletikaya marağı olan yeni istedadların aşkar edilməsi, əlilliyi olan şəxslərin idmana cəlb olunmasının təşviq edilməsi və milli komanda üçün perspektivli idmançılardan ibarət ehtiyat bazasının formalaşdırılması olub.
Açıq Qapı Günündə 8-17 yaş aralığında olan iştirakçılar qaçış, uzunluğa tullanma və nüvə itələmə növləri üzrə öz bacarıqlarını sınayıb, mütəxəssislərin nəzarəti altında ilkin qiymətləndirmədən keçiblər.
Tədbir zamanı iştirakçılara paraatletika haqqında ətraflı məlumat verilib, onların fiziki göstəriciləri və idman potensialı qiymətləndirilib. Göstəriciləri uyğun olan iştirakçıların gələcəkdə paraatletika üzrə məşqlərə cəlb olunması və inkişaflarının izlənilməsi nəzərdə tutulub.
Milli Paralimpiya Komitəsi bu cür təşəbbüslərin davamlı şəkildə həyata keçirilməsi ilə paraatletikanın daha geniş kütlələr arasında təbliğinə, yeni istedadların üzə çıxarılmasına və gələcəkdə milli komandanın heyətinə cəlb oluna biləcək perspektivli idmançıların müəyyənləşdirilməsinə töhfə verməyi hədəfləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 17 Sentyabr 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















