Icma.az
close
up
RU
1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu? KONKRET

1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Yumurtanın 1-2 qəpiyə satıldığı dövrün ardından son günlər bəzi marketlərdə məhsulun qiymətinin bahalaşdığı ilə bağlı məlumatlar yayılıb.

KONKRET.az cebheinfo.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda “kənd yumurtası” adı ilə satılan məhsulların 36-38 qəpiyə, ağ yumurtaların isə 28 qəpiyə təklif edildiyi görünür. Bu isə istehlakçılar arasında bazarda həqiqətən qiymət artımının baş verib-vermədiyi ilə bağlı suallar yaradıb.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, sosial şəbəkələrdə yumurtanın bahalaşması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir:

“Hazırda bazarda sənaye üsulu ilə istehsal olunan yumurtanın qiymətində artım müşahidə olunmur. Bu gün səhər saatlarında apardığım müşahidələr zamanı “Araz” marketlər şəbəkəsində yumurtanın 13-15 qəpiyə, digər marketlərdə isə 15-17 qəpiyə satıldığını müəyyən etdim.

Hazırda ölkədə yumurta istehsalı daxili tələbatı ödəmək üçün kifayət qədərdir. Bundan əlavə, anbarlarda da ehtiyat məhsul var. Bu səbəbdən yaxın dövrdə yumurtanın qiymətinin bahalaşması üçün hər hansı əsas görünmür”. Eyni zamanda, yumurtanın maya dəyərinə təsir edən əsas amillərdə də artım qeydə alınmayıb:

“Xüsusilə, istehsalda mühüm yer tutan yemin qiyməti sabit qalıb. Ümumilikdə isə hazırkı vəziyyətdə yumurtanın qiymətinin artmasına səbəb ola biləcək iqtisadi və ya istehsal amili müşahidə edilmir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 İyul 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri