Təzyiqi aşağı salan meyvələr Açıqlandı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Bəzi meyvələr tərkibindəki kalium, C vitamini və antioksidantlar sayəsində arterial təzyiqi tənzimləməyə kömək edir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə diyetoloq Skott Kitli bildirib.
Mütəxəssis qeyd edib ki, təzyiqi aşağı salmaqda ən effektiv maddələrdən biri kaliumdur və o, xüsusilə banan və avokadoda bol olur.
Onun sözlərinə görə, kalium orqanizmə daxil olaraq natrium balansını qoruyur və qan damarlarının divarlarını rahatlaşdırır.
“Qeyd edilən digər faydalı maddələr və meyvələr isə bunlardır:
Antosianlar (qaragilə): Damarların elastikliyini və nitrit oksid (azot oksid) istehsalını dəstəkləyir.
C vitamini (kivi və qreypfrut): Təzyiqin normallaşmasına müsbət təsir göstərir.
Polifenollar (üzüm): Damar sağlamlığı üçün faydalı maddələrlə zəngindir.
L-sitrullin (qarpız): Damarların genişlənməsi prosesində iştirak edən bu amin turşusu təzyiqi tənzimləməyə kömək edir”, - deyə o bildirib.
Ekspert vurğulayıb ki, təzyiqə nəzarət etmək üçün təkcə meyvə yemək kifayət deyil. Qidalanma sağlam rasionun bir hissəsi olmalıdır və heç vaxt həkim tərəfindən təyin olunan müalicəni əvəz etməməlidir.
Baxış sayı:164
Bu xəbər 29 Oktyabr 2026 01:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















