Icma.az
close
up
RU
“1 saata ölməsən, yenə vuracam” Aynur 11 il həbsdə qalacaq...

“1 saata ölməsən, yenə vuracam” Aynur 11 il həbsdə qalacaq...

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2 uşaq anası olan Aynur Nağıyeva 11 il 3 ay həbs cəzası alıb. 27 yaşlı Aynur ərini öldürməyə cəhddə ittiham olunaraq həbs edilib.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə ötən ilin avqustunda Bakının Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb.

Aynur həyat yoldaşı Sakit Nağıyevə 9 bıçaq zərbəsi vurub.

Qadın məhkəmədə bıçağa əri içkili olduğu və evə gec gəldiyi üçün əl atdığını etiraf etsə də, özünü təqsirli bilməyib. Deyib ki, hadisəni qısqanclıq zəminində törədib:

"Mən 9 bıçaq vurmuşam, heç biri 1 santimetrdən artıq daxilə nüfuz etməyib. Mən onun dəfələrlə xəyanətini, başqa qadınlarla danışığını tutmuşdum. Onun telefonuna format verəndə başqa qadınla səs yazısını gördüm. 4 uşağa baxırdım. İkisi öz uşağımdır. İkisi də qaynımın uşağı. Qaynımın arvadı rəhmətə getdiyi üçün uşaqlarına mən baxırdım.

Hadisə olan gecə evə gec gəldi. Gəldi, dedi ki, mənə çay gətir. Dedim, kimin yanından gəlirsən, get o da sənə çay gətirsin. Bu zaman dalaşdıq, çıxdı getdi, təzədən araq alıb gətirdi. Ondan sonra bu hadisə baş verdi".

Müttəhim baş verənlərdən cana doyduğunu bildirib:

"Mən boğaza yığılmışdım. Onu gecə saat 3-də telefonla oynayarkən vurdum. Müstəntiq ittiham aktında mənə layiq olmayan şeylər yazıb".

Aynur 2015-ci ildə ailə qurmaq istədiklərini, lakin o zaman bu gün zərərçəkən skamyasına əyləşən Sakit Nağıyevin həbs olunması səbəbindən evliliklərinin 2017-ci ilə qədər ertələndiyini deyib.

Sakit Nağıyev məhkəmədə həyat yoldaşından şikayətçi olmadığını, 2 azyaşlı övladlarının olmasını nəzərə alınmasını xahiş edib.

Zərərçəkmiş Sakit bildirib ki, ev alqı-satqısı ilə məşğul olduğu üçün telefonda çox adamla danışır. Danışdığı şəxslər arasında qadınlar da olduğu üçün Aynur onu qısqanırmış.

İstintaq zamanı ortaya çıxan başqa təfərrüatlar da olub. Aynur istintaq zamanı ərini öldürmək niyyətinin olmadığını desə də, ilk ifadəsində cinayəti etiraf edib. Həmçinin o, hadisədən sonra telefonunda olan bir nömrəyə mesaj yazaraq Sakiti vurduğunu deyib. Aynurun da başqa bir şəxslə münasibətinin olduğu müəyyən edilib.

Sakit istintaqda ifadə verən zaman Aynurun onu ilk dəfə yatdığı yerdə vurduğunu deyib. Bildirib ki, ilk bıçaq zərbəsindən sonra ayılıb nə baş vediyini aydınlaşdırmaq istəyib. Bu zaman Aynur ona bir neçə zərbə də vurub. Aynur Sakitə "1 saata ölməsən, yenə vuracam" deyərək başının üstündə dayanıb. Sonra isə bloka çıxaraq pilləkənlərdə oturub. Bir az sonra peşman olan Aynur Sakitin telefonunu özünə verib. Sakit təcili yardıma zəng edərək kömək istəyib.

Aynur Nağıyevaya qarşı Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Hökmə əsasən, Aynur 11 il 3 ay həbs cəzası alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Avqust 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri