Icma.az
close
up
RU
1+1 = 11

1+1 = 11

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Zaman sizin tanıdığınız insanları da dəyişir? Məncə, zamanla özümüz belə dəyişirik. Bəzən bu, öz istəklərimiz daxilində baş verir, bəzən də çevrəmizin təsirilə. Necəmi? Gəlin, danışım.

Bəzən qarşımızdakı insana çox dəyər yükləyirik. Onu qaldırıb başımızın tacına çeviririk. İncitdiyi vaxtlarda belə, “yardan gələn yaraya da qurban” deyirik. Yox, mən burada sevgilidən danışmıram axı. Niyə hər şeyi ona bağlayırsınız? Metafordur. Yəni çox istədiyimiz insan üçün qəlbimiz beynimizə bəzəkli yalanlar danışır. Qəlbin başını aldatmaq daha asandır, zatən sevən kəsdə ağıl hanı? Görmədiniz, Qeys də “məcnun”a çevrildi? Yenə sevgiyə gedir fikriniz... Qınamıram, çünki bütün yollar sevgidən keçir. Amma mövzumuz o deyil.

Dostun, qohumun, iş və ya məktəb yoldaşın, xülasə, hansısa bir insan olsun – siz bir az onu artıq dəyərlə yükləyin, sonra çəkilin qırağa yaratdığınız insanın yeni “apk” versiyası ilə tanış olun. 180 dərəcə dəyişilmədi? Məsələn, mən Riyaziyyatı insanlarda öyrəndim elə. Vurdular, böldülər, gün oldu həyatımızdan çıxdılar... Elə bilirsiniz, üstümüzə gəlmədilər?

Hə, bəs biz nə zaman dəyişdik? Elə bu zaman. Gördükcə, tanıdıqca... Biz də bu halda duyğularımızı saldıq kök altına və çıxan nəticə ilə keçdik qarşılarına. Ehtimal nəzəriyyəsinə əsasən deyə bilərəm ki, əksər hallarda bəyənilmədik. Təzadlar yarandı. Ədəbiyyata keçirik deyəsən. Bəlkə əbədiyyətə? Kim əbədidir ki? Düşünmüsünüz ki, bir gün bizi tanıyan son insan belə öləndən sonra heç var olmamış olacağıq? Çox ağırdır. Sizcə, bir ton unudulmaq daha ağırdır, yoxsa bir ton heç xatırlanmamaq? Ədəbiyyatı həyatdan yazırlar, amma həyat riyaziyyatdır. Bəs indi desəm ki, mənim riyaziyyatım çox zəifdir?

Keçənlərdə bir “teorem”lə tanış oldum: deyir 1+1=11. Mənası psixologiyayadək uzana bilər, izah etməyəcəm. Qum saatı çevrilib, ömürdən gedir. İnsanlar da çox dəyişib. Əvvəllər bağda ərik olmayanda salam-məleyk kəsilirdi, indi bağda heç ağac əkmirlər ki, birdən qonşunun nəfsi çəkər. Anlamaya bilərsiniz məni. Bu mənim üçün ilk deyil. Bəlkə mən izah edə bilmədim? Eyni yağışın altında sizin çətiriniz varsa, birlikdə islanmırıq deməkdir. Daha necə izah edim? Eyni dili danışmaqla deyil ki, dil başqa söyləyir, ürək başqa.

Söz verilir ağıla: “Buyurun, özünüzü təqdim edin”. - “Məni dinləyən olmayacaq. Vaxtımı almayın. Qum dənəcikləri dayanmır, sağ olun”.

Sevinc İbrahimzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Noyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see411

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see321

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see248

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see226

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see207

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see207

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see204

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see198

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see185

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see184

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see181

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see176

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see165

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see164

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see163

Bakı ilə sülh, Moskva ilə balans

15 Avqust 2026 14:54see163

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see161

İmad Faraj Neftçi ilə vidalaşdı

15 Avqust 2026 16:29see161

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see156

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri