Icma.az
close
up
RU
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub

1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdində olan 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, açılış mərasimində TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva, Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nilufər Məmmədova, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Səhiyyə Nazirliyinin HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, Laboratoriya şöbəsinin müdiri Şəfəq Qulami və Ağciyər Xəstəlikləri Mərkəzinin regional xəstəxanalarının baş həkimləri iştirak edib.

TƏBİB tərəfindən əhalinin laborator xidmətlərə əlçatanlığının artırılması, sahə üzrə müayinə nəticələrinin daha qısa müddətdə əldə olunması, vərəm xəstəliyinin erkən aşkarlanması, effektiv müalicə imkanlarının genişlənməsi məqsədilə vərəmin diaqnostikası üzrə ixtisaslaşmış üçüncü biotəhlükəsizlik səviyyəsinə (BSL-III) uyğun 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Mikobakterioloji Laboratoriyası yeni binaya köçürülərək istifadəyə verilib.

Ümumi sahəsi 608 kvadrat metr olan, beynəlxalq standartlara uyğun təşkil edilən laboratoriyada sürətli molekulyar-genetik diaqnostik testlər, eləcə də I və II sıra vərəməleyhinə dərmanlara həssaslıq testləri icra olunacaq.

İnfeksiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə laboratoriyada yüksək və aşağı riskli sahələr, eyni zamanda sahələrarası keçid zonası yaradılıb.

Riskli zonada nümunələrin qəbulu otağı, proseslərin aparılması üçün iş otaqları, eləcə də digər molekulyar-genetik müayinələrin aparılması üçün xüsusi otaqlar ayrılıb və işçi sahələr biotəhlükəsizlik şkafları, "GeneXpert", "Truenat" və digər müasir cihaz, avadanlıqlarla təchiz olunub.

Təmiz zonada personal üçün iş otaqları və istirahət zonaları yaradılıb.

Bionümunələrin, izolyatların biotəhlükəsizlik qaydalarına uyğun saxlanılması, məlumatların və test nəticələrinin arxivləşdirilməsi üçün müvafiq şərait yaradılıb.

Laboratoriyada müasir və yüksək effektivliyə malik, o cümlədən yüksək riskli zonada mənfi təzyiqi təmin edən havalandırma sistemi qurulub.

"Həmçinin ölkədə ilk dəfə olaraq səyyar tibbi xidmət göstərmək üçün laboratoriyanın sərəncamında olan xüsusi avtomobildə quraşdırılmış, vərəmin sürətli molekulyar diaqnostikasında istifadə edilən və ən son diaqnostik avadanlıqlardan olan "Truenat" sistemi, o cümlədən "Pluslife Minidock" cihazı, "Rida screen" testləri istifadə olunacaq. Avtomobildə, həmçinin süni intellekt dəstəkli rəqəmsal səyyar rentgen avadanlığı da quraşdırılıb.

Laboratoriyada yüksək ixtisaslı həkim-laborantlar, mikrobioloqlar və təcrübəli orta tibb personalı fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, sözügedən laboratoriya vərəm xəstəliyinin erkən aşkarlanmasında, effektiv müalicə imkanlarının genişlənməsində və ölkəmizdə vərəmlə mübarizə tədbirlərinin daha da gücləndirilməsində əhəmiyyətli rol oynayacaq", - məlumatda vurğulanıb.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 May 2026 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see555

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see523

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see365

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see269

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see268

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see243

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see243

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see236

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see233

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see230

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see210

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see208

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see202

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see202

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see201

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see199

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see197

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri