Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyük Britaniya Mərkəzi Bankı (Bank of England) inflyasiya təzyiqlərinin yenidən güclənməsi fonunda 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini yüksəltmək qərarına gəlib. Bankın Pul Siyasəti Komitəsinin noyabr iclasında qəbul edilən qərara əsasən, baza faiz dərəcəsi 0,25 faiz bəndi artırılaraq 3,75%-dən 4%-ə qaldırılıb.
"Cebheinfo.az" xəbər verir ki, Mərkəzi Bankın baş iqtisadçısı Hyu Pill bu addımı inflyasiyanı hədəflənən 2% səviyyəsinə qaytarmaq üçün zəruri tədbir kimi qiymətləndirib və qarşıdakı aylarda yeni faiz artımlarının da istisna edilmədiyini bildirib. Analitiklərin proqnozlarına görə, Yaxın Şərqdəki münaqişə səbəbindən neft və qaz qiymətlərinin bahalaşması Britaniyada istehlak qiymətlərinə birbaşa təsir göstərir.
Gözlənilir ki, ölkədə inflyasiya səviyyəsi gələn ilin yazında 5%-ə qədər yüksələcək. Qəbul edilən yeni faiz qərarının 2027-ci ildə ipoteka kreditlərini yenidən maliyyələşdirməli olacaq təxminən 2,3 milyon britaniyalı ev sahibinin aylıq ödənişlərini ciddi şəkildə artıracağı vurğulanır.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 29 Noyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















