Icma.az
close
up
RU
1 yaşlı uşaqlarda NİTQ İNKİŞAFI

1 yaşlı uşaqlarda NİTQ İNKİŞAFI

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uşağın danışmağa başlaması yeni valideyn olmuş insanlar üçün dünyanın ən böyük möcüzəsini izləyirmiş kimi həyəcanlı və özəl dönəmdir.

Körplərin təliminin ilk addımı, onun danışmasıdır. Bu proses birbaşa uşaqların beyin inkişafı ilə əlaqəlidir. Valideynlər bu müddətin həyəcanı və sevinci ilə yanaşı övladlarının inkişafını düzgün dəyərləndirə bilərlər.

Uşaqların nitq inkişafının qanunauyğunluqlarını düzgün şəkildə bilən valideyn riskli halı tez dəyərləndirib lazımlı tədbir görə bilər. Çünki nitq prosesində baş verən gecikmələr gələcək üçün qalıcı fəsadlar verə bilər. Bu yazıda uşaqların ilk 12 ay üçün olan nitq inkişafı prosesi ilə tanış olacaqsınız. Digər dönəmləri isə növbəti məqalələrdə oxuya bilərsiniz.

Uşaqlar doğulan anda ətrafdakı səslərin fəqrində olurlar. Ani səslərə ağlayaraq reaksiya verirlər.

0-3 aylığında isə lay-lay, musiqi kimi tanıdıq səslərə müxtəlif mimklərlə qarşılıq verirlər. Ani səs eşitdikdə diksinir, kimsə danışdıqda ona tərəf dönür, anasının səsinə gülümsəyir, onun səsini tanıyır. Əmərkən səs eşidərsə daha tez-tez və ya daha yavaş əmməyə başlayar. 14 həftəlikdən etibarən isə ilk səslərini çıxarır, “aqu-quqqu” kimi kəlmələr deməyə başlayırlar.

4-6 aylıq körpələr artıq səs tonundakı dəyişikliyə, məsələn, ciddi şəkildə “yox” demənizə reaksiya verməyə başlayır. Səs çıxardan oyuncaqlar onların marağına səbəb olur. Bu dönəmdə körpə çoxlu qıkkıldayır, p, b, m səslərini tələffüz edir. Məmnuniyyətini və şikayətini bildirən səslər çıxartmalıdır.

7-12 ay arasında isə özü ilə ünsiyyətə girdikdə baxar və dinləyər, adına reaksiyası yaranır, çox sevdiyi və gündəlik gördüyü insan və əşyaların adını bilir (ata, maşın, kukla, şar, stəkan, soska, butulka və s.). “Bura gəl”, “Yenə istəyirsən?”, “Su içirsən?” kimi sadə istəklərinizə cavab verməyə başlamalıdır. Diqqət çəkmək üçün müxtəlif reaksiyalar sərgiləyirlər. Tam aydın olmasa da, ilk sözlərini bu dönəmdə deməyə başlayırlar (ana, ata, baba, mama və s.).

Valideynlər bu dövrdə uşaqla çox ünsiyyətə girməli, yaşına uyğun şəkildə oyunlar oynamalıdırlar. Gördüyü hər şeyin öz adı ilə adlandırıldığını eşidən uşaq bir müddət sonra o adı tələffüz etməyə başlayacaqdır. Çalışmaq lazımdır ki, uşaqla ünsiyyətə girərkən “uşaq dilində” danışmayasız. Məsələn, çörək yerinə “pəpə”, su yerinə “uvva”, yara yerinə “uff” və s. bu kimi sözlərdən istifadə etmək düzgün deyil.

Vüsalə Hüseynova
Psixoloq

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri