Icma.az
close
up
RU
10 cu Milli Marketinq Forumunun ilk gününün spikerləri bəlli oldu!

10 cu Milli Marketinq Forumunun ilk gününün spikerləri bəlli oldu!

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkənin ən böyük biznes tədbirlərindən biri olan Milli Marketinq Forumu (MMF) bu il "Neoklassika" konsepti ilə 10-cu illiyini qeyd edəcək. Forum 9-10-11 may tarixlərində, ilk dəfə keçirildiyi məkan olan 28 Mall "CinemaPlus"da təşkil ediləcək. Bu ilki forumda fiziki iştirak (offline) və onlayn (Meta platformasında) olmaqla 3 gün ərzində ümumilikdə 9 panel üzrə 50-dək spikerin çıxışı ilə keçiriləcək.

Forumun rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbir çərçivəsində 'Milli Keyslər', 'Kommunikasiya və PR', 'Yeni Texnologiyalar: Blokçeyn, Süni Zəka, Big Data', 'Yaradıcı Sənayə', 'Sosial Media və İnfluencerlər', 'Satış və Ticari Marketinq', 'İnnovativ Marketinq və Startaplar' mövzularında müxtəlif panellər keçiriləcək. Spikerlər öz sahələrindəki son yenilikləri və praktiki təcrübələrini bölüşəcək, iştirakçılar isə interaktiv sual-cavab sessiyalarında fəal şəkildə iştirak edə biləcəklər.

9 may tarixində online keçiriləcək tədbirin ilk paneli “Yeni texnologiyalar: Blokçeyn, Süni Zəka, Big Data” olacaq. VXSİDA, İnnovasiyalar Mərkəzi İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvira Rüstəmovanın moderator olduğu panelin spikerləri -  Elnur Quliyev (Crypto Consulting MMC, Direktor), Ülvi Babaşov (Veysəloğlu Şirkətlər Qrupu, İnformasiya Texnologiyaları Direktoru), Şəmsi Bayramzadə (Holberton School Azerbaijan, CEO) çıxış edəcəklər. Panel çərçivəsində rəqəmsal transformasiya, süni zəkanın biznes proseslərində tətbiqi, blokçeyn texnologiyasının perspektivləri və böyük verilərin analitikası kimi mövzular ətrafında geniş müzakirələr aparılacaq.

İkinci panel “İnnovativ Marketinq və Startaplar” paneli olacaq. VXISDA Layihələrin İdarəedilməsi Departamentinin Direktor Müavini Zinəddin Babayevin moderator olduğu panelin spikerləri - Aslan Məmmədli (Enverson, Təsisçi və Direktor), Samir Qədirov (SABAH.HUB İnnovasiya Mərkəzi, İcma Rəhbəri), Könül Quliyeva (Safavy.org, Həmtəsisçi və İcraçı Direktor), Ülviyyə Allahverdiyeva (PashaPay, PR və Kommunikasiya Meneceri) çıxış edəcəklər. Panel çərçivəsində innovasiya mərkəzləri, startap ekosistemi və yeni dövrün marketinq trendləri müzakirə olunacaq. Spikerlər uğurlu startapların qurulması, cəmiyyət və texnologiya arasında körpü rolu oynayan layihələr, innovativ yanaşmalar və brend kommunikasiya strategiyaları barədə fikirlərini bölüşəcəklər.

Günün yekun paneli “Şirkətlər və Agentliklər” panelini moderatoru isə “YelloAd” şirkətinin təsisçisi Namiq Bayramov olacaq. Aynur Xan (SR Group – Skoda, Avatr, Xpeng, LeapMotor brendləri üzrə rəhbər), Məmmədəli Vəliyev (Marker, Direktor), Şərifə Həsənova (PASHA Malls, Baş marketinq meneceri), Əkbər Əsədov (Radio Enerji 101.1 FM, İcraçı Direktor), Murad Rzayev (Nintel.az Həmtəsisçi) panelin spikerləri olaraq çıxış edəcəklər. Paneldə korporativ və kreativ sahələrdə fəaliyyət göstərən şirkətlərin və agentliklərin əməkdaşlıq modelləri, brend-layihələrin formalaşdırılması, müasir marketinq yanaşmaları və real bazar təcrübələri müzakirə olunacaq. Spikerlər uğurlu kampaniyaların arxasında duran strategiyalar, yerli bazarın xüsusiyyətləri və müştəri davranışlarına uyğunlaşma barədə fikirlərini bölüşəcəklər.

MMF-yə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/MilliMarketinqForumuInstagram: https://www.instagram.com/milli_marketinq_forumu/Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu/?viewAsMember=true
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri