Icma.az
close
up
RU
Milli İnsan Resursları Forumunun spikerləri bəlli oldu!

Milli İnsan Resursları Forumunun spikerləri bəlli oldu!

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu il 10-cu ilini qeyd edən Milli İnsan Resursları Forumu “Facemark” şirkətinin təşkilatçılığı ilə 24 may tarixində “Baku Marriott Hotel Boulevard”da keçiriləcək.

Ölkənin insan resursları və işgüzar mühitinin aparıcı simalarını bir araya gətirəcək bu forum, ölkəmizin ən nüfuzlu İR tədbirlərindən biri olaraq, müxtəlif sahələrdə effektiv idarəetmə, əmək bazarındakı yeni trendlər və innovativ insan resursları həlləri ətrafında müzakirə platforması yaratmaqdadır.

Milli İnsan Resursları Forumu, “PAŞA Sığorta” ASC-nin Gold Sponsorluğu, eləcə də “Apar” və “189 TAXİ” şirkətlərinin sponsorluğu, “Handex” və “CYBERSIGN”  şirkətlərinin dəstəyilə keçirilir.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Milli İnsan Resursları Forumu çərçivəsində 2 panel və TEDx formatında çıxışlar nəzərdə tutulub. Tədbir boyunca insan resursları (HR) sahəsinə dair ən aktual və innovativ mövzular müzakirə olunacaq.

“İnsana Yeni Dəyər” panelində moderator qismində “Azərsun Holdinq”in İnsan Resursları Departamentinin müdiri Fərid Tağıyev çıxış edəcək. Panel çərçivəsində insan kapitalının təşkilat daxilində rolu, əməkdaşların potensialının üzə çıxarılması, fərdi və peşəkar inkişafın təşviqi, dəyərlərə əsaslanan korporativ mədəniyyətin formalaşdırılması kimi insan resursları sahəsinin aktual istiqamətləri ətrafında dəyərli müzakirələr aparılacaq.

Panelin spikerləri:

Kamil Hüseynov – KHHR Consultancy | Təsisçi, İdarəetmə üzrə Konsultant və TəlimçiTural İslamov – LANDAU Education Group, Mergen Group Consultancy Company | HR direktoru, həmtəsisçiƏfsanə Rəcəbova – Azərbaycan Hava Yolları (AZAL) | İnsan Resursları üzrə Strateji Biznes PartnyorRauf Məmmədov – Azərbaycan Dəmir Yolları" QSC | İnsan Resursları Departamentinin müdir müavini

“Təcrübəyə Dəyər” adlı II panel TEDx çıxışları formatında baş tutacaq və dinamik, ilhamverici çıxışlarla müşayiət olunacaq.

Çıxışlar zamanı HR sahəsində toplanmış real təcrübələrin təşkilati uğura necə çevrildiyi, insan kapitalının inkişafında praktik yanaşmalar, funksional mükəmməllik, liderlik, təlim və peşəkar inkişaf strategiyaları kimi mövzulara toxunulacaq.

Panelin spikerləri:

Seymur Əhmədov - “Azerconnect Group” şirkəti | İnsan Resurslarının İdarəedilməsi və Layihələr üzrə DirektoruSevinc Qarakişiyeva – Umid-Babek Operating Company | Azərbaycan Filialında İnsan Resursları şöbəsinin rəisiTural Məmmədov – SOCAR | İnsan Kapitalının İnkişafı və Funksional Mükəmməllik Departamentinin rəis müaviniDəyanət Ağayev – Paprec Enerji | İnsan Resursları Departamentinin rəhbəri, həmçinin Hucap Consulting şirkətinin təsisçisi və direktoruElgün Bəxtiyaroğlu – TEXIO Academy | Təsisçi

III Panel – “Fərqli Dəyər” panelində moderator qismində Milli İnsan Resursları Forumu (MİRF) layihəsinin rəhbəri Cabir Süleymanlı çıxış edəcək.

Bu panel çərçivəsində insan resurslarına yanaşmada fərqlilik yaradan trendlər, inklüzivlik, gender bərabərliyi, sosial məsuliyyət, təhsil və təşkilati mədəniyyətin inkişafı kimi geniş və dəyərli mövzular müzakirə olunacaq. Spikerlər müxtəlif sahələrdə qazandıqları unikal təcrübələri və fərqli perspektivləri iştirakçılarla bölüşərək HR sahəsinə multidissiplinar yanaşmanın vacibliyinə diqqət çəkəcəklər.

Panelin spikerləri:

Şəmsiyyə Mustafayeva – Dünya Bankı və BMT-nin Əhali Fondu | Gender Bərabərliyi üzrə Baş MəsləhətçiFərhad Pərvizi – Baker Tilly Azerbaijan | Məsləhət Xidmətləri DirektoruSevinc Seyidova – ADA İbtidai Məktəbi | Akademik Direktorİlhan Çağlar – IC Consulting | Təsisçi

Milli İnsan Resursları Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/mirfazeInstagram: https://www.instagram.com/mirf.aze/Linkedln: https://www.linkedin.com/company/mirfaze
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 May 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri