10 dəqiqəyə hazırlanan tiramisu dadında atom şirniyyatı
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Evdə qəfildən şirniyyat istəyiniz yarandıqda, sobanı yandırmadan hazırlaya biləcəyiniz ən praktik reseptlərdən biri məhz budur. İtalyan mətbəxinin məşhur dadı tiramisudan ilhamlanan bu "atom" şirniyyatı həm vaxtınıza qənaət edəcək, həm də ağız dadınızı yeniləyəcək.
Demokrat.az xəbər verir ki, cəmi bir neçə sadə ərzaqla hazırlanan bu ləzzətin hazırlanma qaydası olduqca asandır.
Lazım olan ərzaqlar:
2 paket kakaolu biskvit və ya hazır kek
200 qram kəsmik pendiri (labne)
2 xörək qaşığı dənəvər qəhvə (nümunə üçün: Nescafe)
2 xörək qaşığı süzmə qatıq
Üzəri üçün kakao
Hazırlanma qaydası:
İlk növbədə seçdiyiniz biskvitləri və ya hazır keki geniş qabda un halına gələnə qədər əzin. Digər tərəfdən, qəhvəni az miqdarda isti suda həll edib bir qədər soyudun. Soyuyan qəhvəni biskvitlərin üzərinə az-az əlavə edərək nəmləndirin. Daha sonra kəsmik pendiri və süzmə qatığı bura əlavə edərək xəmir halına gələnədək yoğurun.
Əldə etdiyiniz qarışıqdan kiçik parçalar götürərək ovucunuzda yumru forma verin. Hazırladığınız topları servis qabına düzün və üzərinə süzgəclə bol kakao səpin. Şirniyyatı dərhal yemək olar, lakin dadların bir-birinə qarışması üçün 20-30 dəqiqə soyuducuda saxlanılması tövsiyə edilir.
Aytən
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:235
Bu xəbər 31 May 2026 12:36 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları