Icma.az
close
up
RU
10 il Azərbaycanın xəbər postunda “BakuPost”un yubileyidir

10 il Azərbaycanın xəbər postunda “BakuPost”un yubileyidir

Icma.az bildirir, Bakupost portalına istinadən.


2016-cı il, 17 oktyabr…

Azərbaycanın informasiya məkanına yeni bir ünvan əlavə olundu – BakuPost.az.

Saatlar telefonlara, kompüterlərə köçəndən zamanın səsini eşitmir, necə keçdiyini hiss etmirik. Heç kim bir səhər oyanıb demir ki, bu gün tarix dəyişdi…

Halbuki hər şey dəyişir. 10 il öncə keçdiyimiz küçələr, insanların telefonları, xəbərlərin sürəti başqa idi.

Yarananda məqsədimiz yalnız baş verənləri çatdırmaq deyildi. Hadisələrin səbəbini araşdırmaq, fərqli mövqeləri təqdim etmək, insanların bilmədiklərini üzə çıxarmaq istəyirdik.

10 il ərzində bu yaddaşa çox şey yazıldı.

Dünyanı sarsıdan pandemiya, 44 günlük Vətən müharibəsi, tarixi Zəfər, Azərbaycanın suverenliyinin bərpası, Böyük Qayıdış, COP29…

Bütün bu hadisələr ölkənin tarixini dəyişdi. Biz isə həmin tarixin gündəliyini yazdıq.

Bəzən gecənin bir yarısında, bəzən səhərin ilk saatlarında, bəzən hadisələrin mərkəzində, bəzən hamının nəzərindən qaçan bir detalın izində…

Amma bizi yalnız böyük hadisələr maraqlandırmadı.

Bir insanın problemi, bir qərarın doğurduğu narazılıq, cavabsız qalan suallar da xəbərlərimizə çevrildi. Araşdırdıq, soruşduq, fərqli fikirləri dinlədik, görünməyən məqamları üzə çıxarmağa çalışdıq.

Yazılı xəbərlərlə başlayan fəaliyyətimiz reportajlar, müsahibələr, müəllif proqramları və video layihələrlə zənginləşdi.

“Yazıçı Postu”, “Sabir Rüstəmxanlının söhbətləri”, “Özgür Post”, “Əslində”, “Dünyanı dəyişənlər”, “Yaxın plan”, “Saturasiya”…

Bu layihələrlə siyasətdən ədəbiyyata, tarixdən tibbə, gündəlik problemlərdən insan talelərinə qədər müxtəlif mövzulara toxunduq.

On il ərzində “BakuPost”un fəaliyyəti müxtəlif mükafatlarla qiymətləndirildi. Baş redaktoru və əməkdaşları dövlət təltiflərinə, jurnalistika mükafatlarına layiq görüldülər.

On il bir insan üçün çox deyil. Bir media qurumu üçün isə artıq təcrübə və yetkinlik yaşıdır.

Amma yolun hələ heç ortasında da deyilik.

Bu on ildə dünya ilə birlikdə xəbərin özü də dəyişdi. Xəbər saytları sosial şəbəkələrə, mətnlər videolara, ənənəvi informasiya vasitələri yeni texnologiyalara yol açdı.

Biz də bu dəyişikliklərə uyğunlaşmaqla kifayətlənmədik, yeni imkanlar axtardıq.

Bu gün “BakuPost” 10 yaşını tamamilə yenilənmiş simada qarşılayır.

Yeni dizayn, sosial media prinsipləri əsasında qurulan sayt formatı, süni intellekt texnologiyaları, bütün əsas sosial platformalarda aktiv fəaliyyət və özümüzə məxsus video layihələr…

“BakuPost” artıq ənənəvi xəbər saytı çərçivəsindən çıxaraq çoxplatformalı media resursuna çevrilir.

Hazırda bizi “Telegram”, “Facebook”, “Instagram”, “YouTube” və “Threads” kimi sosial şəbəkə səhifələrimizdə yüz minlərlə insan izləyir. Məsələn, təkcə öütən ay “Bakupost”un hazırladığı xəbərlərə sosial şəbəkələrdə 56 milyon baxış olub.

10 il əvvəl başlayan arzumuz bu gün də dəyişməyib.

Xəbərin mərkəzində olmaq. Düzünü çatdırmaq.

10 il ərzində minlərlə hadisəni xəbərə çevirdik. İndi həmin xəbərlərin özündən bir tarix yaranıb.

“BakuPost” – 10 ildir Azərbaycanın xəbər postunda ləyaqətlə dayanıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Oktyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see380

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see338

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see328

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see311

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see302

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see296

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see273

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see254

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see251

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see238

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see203

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see178

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri