Icma.az
close
up
RU
10 il əvvəl sakinləri köçürülən binalar sökülməyə başladı Yerində nə tikiləcəyi bəlli oldu

10 il əvvəl sakinləri köçürülən binalar sökülməyə başladı Yerində nə tikiləcəyi bəlli oldu

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Azadlıq prospekti ilə Z. Qəmbərov küçəsinin kəsişməsində yerləşən, uzun illər istismarda olmuş iki mərtəbəli yaşayış binalarında söküntü işləri artıq yekunlaşmaq üzrədir. Ərazidə aparılan bu proses yerli sakinlər və ictimaiyyət arasında müəyyən suallar doğurub. Əsas maraq doğuran məqam isə sökülən binaların yerində hansı yeni tikilinin inşa ediləcəyidir.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən torpaq sahəsi hələ 2016-cı ildə “RELT HOUSE” MMC tərəfindən satın alınıb. Layihəyə əsasən, həmin ərazidə 7 girişdən ibarət olmaqla 16, 17 və 18 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi planlaşdırılıb. Bu isə ərazinin gələcəkdə daha sıx və müasir yaşayış kompleksinə çevriləcəyini göstərir.
Mövzu ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Qurumdan saytımıza bildirilib ki, konkret tikinti layihələri ilə bağlı qərar və nəzarət onların səlahiyyətlərinə daxil deyil. Bu isə layihənin icrası və nəzarət mexanizmləri ilə bağlı əlavə suallar yaradır.
“RELT HOUSE” MMC ilə də əlaqə yaratmağa cəhd etdik. Lakin şirkətin sosial şəbəkə hesablarının 2020-ci ildən etibarən aktiv olmayıb. Səhifədə qeyd olunan əlaqə nömrələrinə edilən zənglər də cavabsız qaldı. Bu isə layihənin hazırkı vəziyyəti, maliyyələşməsi və icra müddəti ilə bağlı qeyri-müəyyənliyi daha da artırır.

Hazırda ərazidə söküntü işlərinin başa çatmaq üzrə olduğu müşahidə edilsə də, növbəti mərhələdə tikinti işlərinə nə zaman başlanacağı və layihənin faktiki olaraq reallaşdırılıb-reallaşdırılmayacağı açıq olaraq qalır.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Aprel 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri