Icma.az
close
up
RU
10 il əvvəl bu gün

10 il əvvəl bu gün

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Avropa idmanının mərkəzinə çevrilmişdi

12 iyun 2015-ci il. Qitəmizin idman həyatında yeni mərhələ başlanır. Avropanın idman nəbzi Bakıda döyünür. Birdən-birə 50 ölkənin 6000-dən çox idmançısı paytaxtımızın qonağıdır. Axşam əzəmətli Olimpiya Stadionunda həyata yenicə vəsiqə almış 1-ci Avropa Oyunlarının mükəmməl təntənəli açılış mərasimi qəlbləri riqqətə gətirəcək. Bununla da gözəl Bakımız bütün dünyada bu möhtəşəm idman bayramının ilk paytaxtı, qüdrətli ölkəmiz isə Avropa Oyunlarının vətəni kimi tanınacaq.

Həmin axşamdan başlayaraq düz 17 gün ərzində Azərbaycan tarixi bir hadisə yaşadı. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin rekord müddətdə – cəmi 30 ay ərzində həyata keçirdiyi böyük işlər sayəsində “Bakı–2015” startları əvvəldən axıradək bütün qitənin diqqət mərkəzində oldu. Avropa Olimpiya Komitələri Assosiasiyası, ayrı-ayrı milli federasiyaların rəhbərlərinin, paytaxtımızın bütün qonaqlarının təşkilatçıların ünvanına söylədikləri xoş sözlər, minnətdarlıq ifadələri təsadüfi deyildi.

İyunun 28-də Olimpiya Stadionunda Oyunların təntənəli bağlanış mərasimində də şahidi olduğumuz kimi, hamı Azərbaycan xalqının qonaqpərvərliyindən və yüksək təşkilatçılıq bacarığından məmnun qalmışdı. Olimpiya Stadionunda, Heydər Əliyev İdman Sarayında, Tofiq Bəhramov adına Respublika Stadionunda, Milli Gimnastika Arenasında, Su İdmanı Mərkəzində, Kristal Zalda, Atıcılıq Mərkəzində və yarışların keçirildiyi digər idman bazalarında yaradılan ideal şərait idmançılara kəskin rəqabətdə ustalıqlarını tam nümayiş etdirmək, yüksək nəticələrə sevinmək imkanı vermişdi.

Xatırlayırsınızsa, yarış günlərində istər iştirakçılar, istərsə də nümayəndə heyətlərinin rəhbərləri, dünya şöhrətli məşhur mütəxəssislər idman bazalarımıza heyran qaldıqlarını gizlətmir, Oyunlara hazırlıq zamanı hər şeyin dəqiq nəzərə alındığını bildirirdilər.

“Bakı-2015”in beynəlxalq idman dairələrində adları böyük hörmətlə çəkilən, sayılıb-seçilən qonaqları Azərbaycan əhalisinin hazırlıqda çox fəal iştirak etdiyini, tarixi hadisəyə öz töhfəsini verdiyini, Bakıda Avropa Oyunlarının ümummilli layihə olduğunu, paytaxtımızın gənclərin unudulmaz bayramına sensasiyalı şəkildə hazırlaşdığını, Avropa Oyunlarının Olimpiya oyunları səviyyəsində keçirildiyini qeyd edirdilər.

Gələcəkdə Bakının yüksək təşkilatçılığının təkrar olunmayacağını söyləyənlər də az deyildi. Belə fikirlər hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradırdı.

Bir sözlə, təkcə özümüzün yox, özgələrin də yekdilliklə bildirdikləri kimi, hər şey mükəmməl və möhtəşəm şəkildə yerinə yetirildi, Avropa Oyunlarının ilk paytaxtı Bakı qitə idmanında yeni mərhələ olan dostluq və həmrəylik bayramının tarixində özünə layiqli yer etdi.

Azərbaycan idmançıları da öz növbələrində yarış meydanlarında yüksək təşkilatçılığa layiq nəticələr göstərib, ölkəmizin, həqiqətən, güclü idman dövləti olduğunu bir daha bütün dünyaya sübut etdilər. Onlar ümumi hesabda yalnız Rusiya komandasından geri qalıb 50 ölkənin ən yaxşı atletlərinin gərgin mübarizəsində 56 medal – 21 qızıl, 15 gümüş və 20 bürünc mükafatla yekun cədvəldə 2-ci pillədə qərar tutdular. Bu medallar “Köhnə qitə”nin idman həyatında yeni dövrə start vermiş “Bakı–2015”in yaraşığı olub, onu daha parlaq şəkildə bəzədi.

Dünya idmanının şahı sayılan Olimpiya oyunları kimi hər 4 ildən bir keçirilən Avropa Oyunları Bakı startlarından sonra qitəmizin idman ulduzlarını 2019-cu ildə Minskdə öz bayrağı altına topladı. Daha dörd il sonra, 2023-cü ildə Belarus Respublikasının paytaxtından estafeti Polşanın Krakov şəhəri qəbul etdi. Növbəti, 4-cü Avropa Oyunlarının təşkili isə İstanbula etibar olunub.

Təsəvvür etmək olar, 2027-ci ildə qardaş ölkədə də Avropanın ən yaxşı idmançılarının ali məclisi ən yüksək səviyyədə təşkil olunacaq, bütün yarış günlərində burada Bakı və Azərbaycan da tez-tez gur səslə xatırlanacaq.

Bu gün 10 yaşı tamam olan 1-ci Avropa Oyunları Azərbaycan dövləti və idmanının zəfər marşı, xalqımızın birlik və həmrəyliyinin təntənəsi idi. Qitənin idman hərəkatında bu tarixi hadisə ölkəmizin təkcə təşkilatçılıq bacarığında, idman nəticələrində deyil, siyasi, iqtisadi və mədəni həyatda da üstünlük və nailiyyətlərini tam nümayiş etdirdi. Qazanılan uğurlar və alqışlar Oyunlar hələ başlanmazdan da çox əvvəl onu boykot etməyə, zəfərimizə kölgə salmağa cəhd göstərən daxildəki və xaricdəki qara qüvvələrə layiqli cavab idi.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:397
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri