Icma.az
close
up
RU
10 illiyini qeyd edən Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı!

10 illiyini qeyd edən Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı!

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu il 10-cu ilini qeyd edən Milli İnsan Resursları Forumu "Facemark" şirkətinin təşkilatçılığı ilə 24 may tarixində "Baku Marriott Hotel Boulevard"da keçirilib. Forumda insan resursları sahəsində fəaliyyət göstərən mütəxəssislər, şirkət rəhbərləri və dövlət nümayəndələri bir araya gəlib.

Forumun rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, 500+ iştirakı ilə keçirilən tədbirdə "İnsana yeni dəyər", "Təcrübəyə dəyər" və "Fərqli dəyər" panelləri üzrə moderator və spikerlər çıxış edərək həyatımızda insan resurslarının rolu və təsiri, iş mühitində dəyişən trendlər, empatiya əsaslı liderlik, və texnologiyanın HR praktikalarına inteqrasiyası kimi mövzularda fikirlərini bölüşüblər.

Forum Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və “Yaradıcı mərkəz”in təşkilati dəstəyi, “PAŞA Sığorta”nın Gold sponsorluğu, “189 Taxi” və “Apar” şirkətlərinin sponsorluğu ilə baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca forumun layihə rəhbəri Cabir Süleymanlı tədbir iştirakçılarını salamlayıb.

"İnsana yeni dəyər" panelində moderator qismində "Azərsun Holdinq"in İnsan Resursları Departamentinin müdiri Fərid Tağıyev çıxış edib. Panel çərçivəsində insan kapitalının təşkilat daxilində rolu, nəsil dəyişimi və dəyişən insan davranışları fonunda yaranan yeni insan resursları alətləri, əməkdaşların potensialının üzə çıxarılması kimi mövzular müzakirə olunub.

Panelin spikerləri:

Əfsanə Rəcəbova - Azərbaycan Hava Yolları (AZAL) - İnsan resursları üzrə strateji biznes partnyor;Kamil Hüseynov - "KHHR Consultancy" / Təsisçi, idarəetmə üzrə konsultant və təlimçi;Rauf Məmmədov - "Azərbaycan Dəmir Yolları" QSC / İnsan Resursları Departamentinin müdir müavini;Tural İslamov - "LANDAU Education Group", "Mergen Group Consultancy Company" / HR direktoru, həmtəsisçi.

"Təcrübəyə dəyər" adlı II panel TEDx çıxışları formatında keçirilərək dinamik, ilhamverici çıxışlarla yadda qalıb. Çıxışlar zamanı HR sahəsində toplanmış real təcrübələrin təşkilati uğura necə çevrildiyi, insan kapitalının inkişafında praktik yanaşmalar, funksional mükəmməllik, ailə yönümlü iş yeri siyasətləri, liderlik, təlim və peşəkar inkişaf strategiyaları kimi mövzulara toxunulub.

Panelin spikerləri:

Seymur Əhmədov - "Azerconnect Group" şirkəti / İnsan resurslarının idarəedilməsi və layihələr üzrə direktoru;Sevinc Qarakişiyeva - "Umid-Babek Operating Company" / Azərbaycan Filialında İnsan Resursları şöbəsinin rəisi;Tural Məmmədov - SOCAR / İnsan Kapitalının İnkişafı və Funksional Mükəmməllik Departamentinin rəis müavini;Şəms Mustafayeva - Dünya Bankı və BMT-nin Əhali Fondu / Gender bərabərliyi üzrə baş məsləhətçi;Dəyanət Ağayev - "Paprec Enerji" / İnsan Resursları Departamentinin rəhbəri, həmçinin "Hucap Consulting" şirkətinin təsisçisi və direktoru.

III Panel olan "Fərqli dəyər" panelində moderator qismində Milli İnsan Resursları Forumu (MİRF) layihəsinin rəhbəri, “Baku Electronics” İR Departament direktoru Cabir Süleymanlı çıxış edib.

Bu panel çərçivəsində insan resurslarına yanaşmada fərqlilik yaradan trendlər, insan kapitalı və iqtisadi inkişaf münasibətləri, texnologiyanın İR idarəetmədə rolu, günümüzdə kibertəhlükəsizliyin önəmi, sosial məsuliyyət, təhsil və təşkilati mədəniyyətin inkişafı kimi geniş və dəyərli mövzular müzakirə olunub.

Panelin spikerləri:

Elgün Bəxtiyaroğlu - "TEXIO Academy" / Təsisçi;Fərhad Pərvizi - "Baker Tilly Azerbaijan" / Məsləhət Xidmətləri Direktoru;İlhan Çağlar - "IC Consulting" / Təsisçi;Sevinc Seyidova - ADA İbtidai Məktəbi / Akademik direktor.

Forumda iştirak edən bütün iştirakçılara sertifikatlar təqdim olunub. Həmçinin tədbirin ardından Milli İnsan Resursları Forumunun 10 illik yubileyi münasibətilə iştirakçılar üçün xüsusi After Party təşkil olunub. Təntənəli atmosferdə keçirilən tədbirdə tanınmış musiqiçi Orxan Zeynallı və digər musiqili qonaqlar öz çıxışları ilə günə rəng qatıblar.

Əyləncəli proqram çərçivəsində lototron üsulu ilə hədiyyəli müsabiqələr keçirilib və iştirakçılar sponsorlar tərəfindən təqdim olunan dəyərli hədiyyələrin sahibi olublar.

“After Party” həm şəbəkələşmə, həm də birgə nailiyyətlərin qeyd olunması baxımından yaddaqalan olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 May 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri