Icma.az
close
up
RU
Milli İnsan Resursları Forumu 10 cu ilini qeyd edir

Milli İnsan Resursları Forumu 10 cu ilini qeyd edir

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Artıq 10-cu ilini qeyd edən Milli İnsan Resursları Forumu "Facemark" şirkətinin təşkilatçılığı ilə 31 may tarixində "Baku Marriott Hotel Boulevard"da keçiriləcək. Ölkənin insan resursları və işgüzar mühitinin aparıcı simalarını bir araya gətirəcək bu forum, ölkəmizin ən nüfuzlu İR tədbirlərindən biri olaraq, müxtəlif sahələrdə effektiv idarəetmə, əmək bazarındakı yeni trendlər və innovativ insan resursları həlləri ətrafında müzakirə platforması yaratmaqdadır.

Müasir dövrdə insan resursları artıq yalnız idarəetmə funksiyası deyil, eyni zamanda insanları dinləmək, onların rifahını ön planda tutmaq və iş mühitində mənalı təcrübələr formalaşdırmaq missiyasını da daşıyır. Bu yanaşma forumun əsas mesajı olan "İnsana Dəyər" konsepti çərçivəsində xüsusi olaraq önə çıxarılacaq.

Forumun əsas məqsədi insan resursları sahəsindəki aktual məsələlərin işıqlandırılması, peşəkar spikerlərin bilik və təcrübələrinin paylaşılması, eyni zamanda açıq və interaktiv müzakirə mühiti yaratmaqdır. İnsan resurslarının gələcəyini formalaşdıracaq ideyaların və praktik həllərin önə çıxarılacağı bu tədbir, sahənin inkişafına öz töhfəsini verməyə davam edir.

500-dən çox yerli və beynəlxalq şirkət nümayəndəsinin iştirak edəcəyi forum İR sahəsinin peşəkarları ilə yanaşı, şirkət rəhbərləri, sahibkarlar, dövlət qurumlarının və özəl sektorun nümayəndələri qatılacaq.

Forum çərçivəsində "İnsana yeni dəyər", "Təcrübəyə dəyər" və "Fərqli dəyər" adlı panellərdə peşəkar moderator və spikerlər çıxış edəcək, insan resursları sahəsində aktual çağırışlara cavab verən yanaşmalar və həll yollarını təqdim edəcəklər. Xüsusilə "İnsana dəyər" konsepti çərçivəsində, iş mühitində insan mərkəzli yanaşmanın təşviqi, əməkdaşların potensialının üzə çıxarılması və mənalı təcrübələrin yaradılması yolları ön planda olacaq.

Milli İnsan Resursları Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (www.mirf.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

"Facebook": https://www.facebook.com/mirfaze

"Instagram": https://www.instagram.com/mirf.aze/

"Linkedln": https://www.linkedin.com/company/mi%CC%87rf/?viewAsMember=true

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Mart 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri