10 kiloqramlıq “daş” 75 min dollara satıldı Səbəbi şok etdi
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-də bir fermerin 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb.
“Yeni Sabah” xəbər verir ki, Miçiqan ştatında David Mazurekin təsərrüfatında istifadə olunan 10 kiloqramlıq daşın dəmir və nikeldən ibarət meteorit olduğu müəyyənləşib.
“Edmore” adlandırılan meteorit Miçiqan Dövlət Universitetinə bağlı Abrams Planetariumuna 75 min dollara satılıb. Mazurek əldə etdiyi vəsaitin 7 500 dollarını universitetin Yer və Atmosfer Elmləri fakültəsinə bağışlayıb. Dördpendirli pizza
Meteoritin təxminən 12 faiz nikel ehtiva etdiyi və yaşının 4,5 milyard il olduğu bildirilib. Onun Marsla Yupiter arasındakı asteroidin nüvəsindən qopduğu qeyd edilib.
Daşın əsl dəyəri fermer onu Mərkəzi Miçiqan Universitetinin geoloquna göstərdikdən sonra məlum olub.
Araşdırmalar nəticəsində onun Miçiqanda indiyədək qeydə alınan altıncı ən böyük meteorit olduğu müəyyənləşib.
Aydan Hacı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 07 Oktyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















