10 milyardlıq plan iflas etdi
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ray-Ban-ın bağlı olduğu “EssilorLuxottica” şirkətinin mirasçılarından olan Leonardo Maria Del Vecchio, vəzifəsindən istefa verdikdən sonra qatıldığı podkast verilişində 1 milyard avro borcu olduğunu və keçmişdə maddə asılılığı yaşadığını açıqlayaraq böhran yaradıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, səhmlərin son bir ildə yarıbayarı ucuzlaşdığı şirkətdə baş verən bu hadisə, rəhbərliyi devirmək istəyən gənc mirasçının planlarını çətinləşdirərkən, CEO-nun mövqeyini gücləndirib.
Dünyanın ən böyük eynək istehsalçısı olan Ray-Ban-ın bağlı olduğu “EssilorLuxottica”nın qurucusu Leonardo Del Vecchio-nun ölümündən sonra ailə holdinqi "Delfin"də və şirkət rəhbərliyində başlayan hakimiyyət mübarizəsi, birja tənəzzülü və skandallarla yeni bir mərhələyə keçdi. pizza sifarişi
Ray-Ban markasının sahibi və “Meta”nın ağıllı eynək tərəfdaşı olan Fransa-İtaliya nəhənginin səhm dəyərləri son bir ildə təxminən 50 faiz azalıb. Yaşanan dəyər itkisi və rəhbərliklə davam edən fikir ayrılıqları səbəbindən qurucunun 31 yaşlı oğlu Leonardo Maria Del Vecchio, avqust ayında şirkət tərkibindəki Baş Strateq və Ray-Ban Prezidenti vəzifələrindən istefa verib.
Rəhbərliyi devirmək məqsədilə kənardan aktivist səhmdar kimi hərəkət edəcəyini elan edən Del Vecchio-nun son addımı isə şirkətdaxili böhranı daha da dərinləşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 17 Oktyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















