10 ton un, 6 ton düyü… Azərbaycan qonşuluq prinsiplərini nümayiş etdirdi RƏY
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Asif Nərimanlı: “Bakı müharibə iştirakçısı deyil, İran xalqının yardımçısıdır”
"Prezidentin tapşırığı ilə Azərbaycan İrana humanitar yardım - 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimat göndərib. Yardım Əliyevlə Pezeşkianın telefon danışığından sonra göndərilsə də, Azərbaycan daha öncədən bunu nəzərdə tutmuşdu,İranın Naxçıvana hücumuna görə saxlanılmışdı".
Sherg.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Naxçıvan hücumu ilə bağlı Bakının Tehran qarşısında qaldırdığı tələblərin – hadisənin araşdırılması, günahkarların cəzalandırılması – hələ yerinə yetirilmədiyinə baxmayaraq, Azərbaycanın humanitar yardım göndərməsi iki kontekstdə xüsusilə əhəmyyətlidir.
Birincisi, Bakı Tehrana qarşı müharibənin iştirakçısı yox, İran xalqının yardımçısıdır.
İrana qarşı heç vaxt platforma olmayan Azərbaycan SEPAH-dan qaynaqlanan iddialara rəğmən, bu müharibədə də qonşuluq prinsiplərindən çıxış edir. Humanitar yardımın göndərilməsi ilə bu, praktiki müstəvidə bir daha nümayiş etdirildi".
Ekspert daha sonra ikinci bir məsələyə toxunur:
"Bu yardım rejimin cənubdakı soydaşlarımız arasında apardığı “Azərbaycan İrana qarşı cəbhədə yer alır” təbliğatına qarşı “qalxan effekti” yaradır və təkcə müharibənin gedişində yox, post-müharibə dövründə də, nəticənin necə olmasından asılı olmayaraq, ciddi istinad nöqtəsi olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 11 Mart 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















