Icma.az
close
up
RU
COP29 Azərbaycan gənclərinin qlobal problemlərin həllində fəal iştirakını nümayiş etdirdi RƏY

COP29 Azərbaycan gənclərinin qlobal problemlərin həllində fəal iştirakını nümayiş etdirdi RƏY

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

COP29 Azərbaycan gənclərinin yalnız yerli ekoloji məsələlərdə deyil, həm də qlobal problemlərin həllində fəal iştirakını nümayiş etdirdi.

Bu fikirləri "Report"a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O xatırldaıb ki, Azərbaycan 2024-cü ildə beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu:

"Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-da gənclər bir neçə əsas istiqamətlərdə fəaliyyət göstərdilər. Gənclərlər konfrans iştirakçılarına müxtəlif məlumat kitabçaları paylanılmasını, iqlim dəyişmələri ilə bağlı məlumatların yayılmasınını, konfrans zallarında təşkil olunan sərgilərdə Azərbaycan mədəniyyəti və biomüxtəlifliyin təqdimatını təşkil etdirilməsini, iştirakçıların qeydiyyatının aparılmasını və COP29-un əsas mövzularından biri olan "Gənclər və iqlim həlləri" panelində azərbaycanlı gənclər layihələrini təqdim etmişdilər".

Deputatın sözlərinə görə, gənclərin konfransdakı rolu yalnız texniki dəstəklə məhdudlaşmadı: "Onlar həm də milli pavilyonumuzda Azərbaycan hökumətinin və vətəndaş cəmiyyətinin həyata keçirdiyi ekoloji layihələri təqdim etdilər. Bu pavilyonda Qarabağ bölgəsində "yaşıl enerji" zonalarının yaradılması, "Ağ şəhər" layihəsi və "Xəzər dənizinin biomüxtəlifliyinin qorunması" kimi təşəbbüslər barədə məlumatlar verdilər. Gənclər bu təqdimatlarda həm təşkilatçı və tədqiqatçı qismində iştirak etdilər".

Ş.Seyidzadə bildirib ki, COP29-da gənclər öz bacarıqları və təşəbbüsləri ilə nümunə oldular:

"Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə gənclərin enerjisinə, təşəbbüskarlığına və könüllülüyün gücünə arxalanması bu sahədə dayanıqlı inkişafın təminatıdır. COP29 kimi mühüm tədbirlərdə fəal iştirak edən gənclər gələcəyimizin yaşıl və dayanıqlı olacağına inam yaradır. Gənclərə COP29 tədbirində Prezidenti İlham Əliyev tərəfindən göstərdiyi fəallığa görə yüksək qiymət verilərək, təşəkkürnamə və pul mükafatı təqdim edilmişdir".

"Azərbaycan gəncləri həm milli, həm də beynəlxalq səviyyədə öz sözlərini deyirlər. Çünki planetimizin gələcəyi onların əllərindədir və bu gələcək - yaşıllıq, təmizlik və harmoniyadan ibarət olacaq. Azərbaycanda gənclərə nəzər yetirdikdə, onların bütün istiqamətlərdə kifayət qədər inkişaf etdiyini görmək olar. Prezident İlham Əliyevin göstərişi ilə gənclərimizin fərdi inkişafına dair sosial layihələrin icrasına dövlətimiz, o cümlədən Gənclər Fondu tərəfindən xüsusi diqqət yetirilir. Gənclərimizin beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmələrinin, xaricdə təcrübə keçmələrinin, təhsil almalarının da həmişə Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri xaricdə təhsil alan gənclərin dəstəklənməsi məsələsidir. Xaricdə təhsil alan gənclərimiz Azərbaycan həqiqətlərini dünyaya çatdıran real qüvvələrdir. Onlar ölkəmizin mədəniyyəti, tarixi və ictimai-siyasi mövqeyi ilə bağlı məlumatları yayır, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər", - deputat əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://report.az
archiveBu xəbər 02 Fevral 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri