10 yaşlı uşaq pulun içinə qoyulan partlayıcıdan xəsarət aldı VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Moskva vilayətinin Krasnoqorsk şəhərində dəhşətli hadisə baş verib. Belə ki, 10 yaşlı uşaq içərisinə partlayıcı qurğu yerləşdirilmiş 10 rublu əlinə alarkən partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı yazıb.
Partlayış nəticəsində uşağın sağ əlində üç barmaq amputasiya olunub, dördüncü barmaq isə ciddi şəkildə zədələnib.
Əl əzələlərində də cırılma və dərin yaralar var. Həkimlər hazırda uşağın əlini xilas etməyə çalışırlar.
Partlayıcı qurğunun kütləsinin təxminən 10 qram olduğu, içərisinə xırda mismarların doldurulduğu və 10 rublluq əskinasa büküldüyü bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb, məsələ Prokurorluq və İstintaq Komitəsinin nəzarətinə götürülüb.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 12 Noyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















