Icma.az
close
up
RU
Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranla bağlı müzakirələr adətən yanlış sualdan başlayır. Kim hakimiyyətə gələcək? Məsud Pezeşkian, yoxsa Rza Pəhləvi? Bu baxımdan Pezeşkian və Rza Pəhləvi iki fərqli siyasi yol yox, iki fərqli yanlış gözləntini təmsil edir. Bu məsələyə Qərbin baxışı necədir? Öncə ona bir nəzər salaq.
Qərbə görə Pezeşkian sistemin içindədir. O seçilə bilər, danışa bilər, sosial və iqtisadi problemlərdən söz aça bilər. Amma bu, real hakimiyyət demək deyil. İran prezidentliyi icraçı institutdan çox, siyasi amortizator funksiyası daşıyır. Narazılıq cəmiyyətdən prezidentə yönəlir, amma qərar mexanizmi ona verilmir. Xarici siyasət, təhlükəsizlik, ordu və strateji iqtisadiyyat prezidentdən kənardadır. Bu səbəbdən Pezeşkianın real şansı hakimiyyətə yiyələnmək deyil. Onun rolu sistemi dəyişmək yox, sistemi idarəolunan saxlamaqdır.
Qərb analitikləri düşünür ki, bu, “idarə olunan prezidentlikdir”. Yəni o, qərar verən deyil, qərarların nəticəsini izah edən fiqurdur.
Rza Pəhləvi isə tam əks mövqedə dayanır. O sistemin içində deyil və bu, onun zəif tərəfidir.
İranda real siyasi təşkilatı, daxili mexanizmi və güc dayaqları yoxdur. Amma eyni zamanda, bu onun nisbi üstünlüyüdür. Çünki sistemin içində olan bütün güc mərkəzləri ciddi legitimlik böhranı yaşayır.
Qərb analitiklərinin Rza Pəhləviyə baxışı praqmatikdir. Onu dərhal hakimiyyətə gələcək lider kimi yox, keçid dövrü fiquru kimi qiymətləndirirlər. Əgər mövcud sistem daxildən çökərsə, parçalanarsa və ya özünü idarə edə bilməz hala gələrsə, Rza Pəhləvi milli barışıq simvolu və referendum prosesinin üzü ola bilər. Amma bu ssenari yalnız bir şərtlə mümkündür: təhlükəsizlik aparatı onu qəbul edərsə. Bu nöqtədə bütün analizlər eyni mərkəzdə birləşir: SEPAH.
SEPAH-ın gücü təkcə silahdan qaynaqlanmır. Onun əsas gücü dövlətin alt qatında qurulmuş paralel hakimiyyət sistemi olmasındadır. İran klassik dövlət modeli deyil. Bu ölkədə ordu, iqtisadiyyat və təhlükəsizlik eyni mərkəzdə cəmlənib və bu mərkəz ideoloji yox, struktur gücü ilə yaşayır. SEPAH təkcə hərbi qurum deyil. O, eyni zamanda iri iqtisadi aktordur. Neft sektoru, tikinti, logistika, limanlar və bank mexanizmləri bu strukturla bağlıdır. Minlərlə ailənin maddi asılılığı bu sistemə söykənir. Bu isə onu sökülməz edir. Bundan əlavə, SEPAH xarici təhlükə narrativi üzərindən daxili legitimlik istehsal edir. Regional gərginlik, Qərblə qarşıdurma və mühasirə psixologiyası bu qurumun daxildə qalmasının əsas arqumentidir. Bu mexanizm olmadan İran rejimi cəmiyyət üzərində nəzarəti saxlamaqda çətinlik çəkər. Məhz bu səbəbdən Qərb İranı hələ də bütöv sistem kimi görməyə üstünlük verir. Halbuki bu sistem çökərsə, İran vahid dövlət yox, milli məhəllələr xəritəsinə çevrilə bilər. Türklər şimalda Azərbaycan və Türkiyə ilə, son dərəcə hazırlıqlı olan kürdlər qərbdə regional kürd strukturları ilə, ərəblər Xuzistanda Körfəzlə, xüsusən Səudiyyə Ərəbistanı ilə, bəluclar isə Pakistan sərhədi boyunca öz maraqları ilə hərəkətə keçə bilər. Bəluclar İranın ən kasıb xalqıdır. Pakistan da öz ərazisində yaşayan bəluc separatçılarından çəkinir.
Bu ssenari Yuqoslaviyadan daha mürəkkəb və daha təhlükəlidir. Qərb bu ehtimalı açıq müzakirə etmir, çünki İranın parçalanması idarə olunan zəiflik yox, idarə olunmaz xaos deməkdir. Amma sistem çöksə, etnik məhəllələr artıq ehtimal yox, nəticə olacaq.
İranın məhəllələrə bölünməsi Qərbdə mövcud olan separatçı hərəkatları yenidən ayağa qaldıracaq. Qərb İran xalqlarına açıq şəkildə “öz müqəddəratını təyin etmə” mesajı versə,  İspaniyada, Belçikada, Fransada, Böyük Britaniyada... bu presedent Qərbin özünü vuracaq.
Qərbin öz ərazisində etiraf etdiyi separatçı hərəkatların sayı 100-ə yaxındır. Əslində isə 200-dən çoxdur...
Bu reallıq fonunda yekun sadədir. Pezeşkian SEPAH-ı dəyişə bilməz. Rza Pəhləvi isə SEPAHsız iqtidara gələ bilməz. Qərbin baxışına görə, İranda dəyişən adlar olacaq. Dəyişməyən struktur qalacaq. Ümidlər fərdlərə bağlanacaq, amma İranın taleyini bu mexanizm müəyyən edəcək.
İranın problemi kimin iqtidara gəlməsi deyil. Problem ondadır ki, SEPAH kimin iqtidara gəlməsinə yaşıl işıq yandıracaq. Yəni yeni rəhbəri xalq yox, sistem müəyyən edəcək. Sistem isə SEPAH-a bağlıdır. İranda problem kimin hakimiyyətə gəlməsi deyil, hakimiyyətin harada cəmlənməsidir. Əlbəttə, Qərbin baxışı hər şeydən öncə Qərbin maraqlarına istinadən formalaşıb. Bu, aydındır. O da aydındır ki, inqilabın izaholunmaz məntiqi var. Yəni səslənən heç bir proqnoz zənnə, gümana sığmaz. Yəni inqilab təkcə molla rejimini yox, SEPAH-ı da sıfırlaya bilər...
Azərbaycan olaraq bizim üçün önəmli olan odur ki, İranda baş verən olaylardan millət olaraq qalib çıxaq. Bunun üçün isə proseslərin gedişi zamanı rasional mövqedən çıxış etmək lazımdır...
İran uzun müddətdir idarə olunan xaos vəziyyətindədir. Artıq idarəolunmaz həddə çatıb. Bundan sonra nə olacağı isə dəqiq bəlli deyil. Bəlli olan odur ki, molla rejiminin əsas xətt budur: Cəmiyyəti sakitləşdirmək, sistemi dəyişməmək. Yəni inqilabi partlayışın qarşısını almaqla böhran vəziyyətini dondurmaq istəyirlər. Əvvəllər mollalar buna nail olub. Bu dəfə isə bu, mümkünsüz görünür...
Elbəyi Həsənli,
Sürix

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri