Icma.az
close
up
RU

100 gün su altında yaşadı, milyonlarla insan onu izlədi

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Florida Cənubi Universitetindən Dr Joe Dituri 2023-cü ildə elm aləmində rezonans doğuran bir təcrübə həyata keçirdi. “Dr. Dərin dəniz” kimi də tanınan Dituri 100 gün su altında yaşayıb, insan orqanizminə təsirlərini araşdırıb və elmi araşdırmalara əhəmiyyətli töhfələr verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2023-cü il martın 1-də başlayan bu qeyri-adi təcrübə biologiya sahəsində bir ilk idi. Florida Cənubi Universitetindən verilən açıqlamaya görə, təcrübənin iki əsas məqsədi var idi:

Dəniz ekosistemini canlandırmağın yeni yollarını kəşf etmək.

İnsanlarda müxtəlif xəstəliklərin qarşısını ala biləcək tibbi texnologiyaların inkişafı.

Bundan əlavə, təcrübə uzunmüddətli təcridin insan psixologiyasına təsirlərini araşdırmaq imkanı verdi. Mütəxəssis psixoloqlar və psixiatrlar Diturinin təcrübələrini uzun kosmos səyahətləri kimi oxşar mühitlərdəki təcrübələrlə müqayisə ediblər.

Təcrübənin təəccüblü nəticələrindən biri də əvvəllər naməlum olan təkhüceyrəli orqanizm növünün kəşfi oldu. “The Independent” qəzetinə danışan Dituri, “Biz bu növün elmə yeni bir töhfə olduğuna inanırıq. Bu sahədə minlərlə dəfə dalış etdik, lakin bu orqanizmə diqqət yetirilmədi. Sadəcə daha diqqətli baxmaq lazım idi” deyib.

Təcrübə boyu Diturinin sağlamlıq vəziyyəti yaxından izlənildi. 2023-cü ilin iyununda ortaya çıxan Dr. Dituri təcrübə zamanı fiziki və bioloji yaşının azaldığını iddia edib. 56 yaşında olan Dituri təcrübədən əvvəl bioloji yaşının 44 olduğunu, təcrübədən sonra isə bu yaşın 34-ə düşdüyünü açıqlayıb.

Dituri Orlandoda WKMG News-a deyib: “Telomerlərim uzandı. Mən əslində su altında olarkən bioloji cəhətdən cavanlaşdım”.

Onlara qan testləri də aparılıb və bu, təcrübə zamanı bədənlərində iltihab əlamətlərinin 50% azaldığını göstərib.

Dr. Dituri 73 gün olan “su altında ən uzun müddət yaşamaq” rekordunu yeniləyərək Ginnesin Rekordlar kitabına düşüb.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Dekabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri