Icma.az
close
up
RU
70 gün cəngəllikdə yaşadı, 100 min qazandı

70 gün cəngəllikdə yaşadı, 100 min qazandı

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çinin Hunan əyalətində keçirilən ekstremal sağ qalma yarışmasında iştirak edən 33 yaşlı Yan Dundun 70 gün boyunca cəngəllikdə yaşayıb və bunun müqabilində 100 min yuan (təxminən 14 min dollar) mükafat qazanıb.

Axşam.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Yarışmada ölkənin müxtəlif bölgələrindən olan 100 nəfər iştirak edib. Onlara yalnız bir bıçaq və bambuk çubuq götürməyə icazə verilib. İştirakçılar sivilizasiyadan uzaq, sərt təbiət şəraitində sağ qalmağa çalışıblar. Gecələr temperatur +10 dərəcədən aşağı düşüb, yarış dövründə isə güclü yağışlar yağıb.

Yarış sosial şəbəkələrdə canlı yayımlanıb. 30 gün davam gətirən iştirakçılara 6666 yuan (təxminən 936 dollar) verilib. Finala qalan son 10 nəfərə isə 200 qram duz və paslanmayan poladdan hazırlanmış kasa təqdim olunub. Onlar əsas mükafat olan 100 min yuan uğrunda mübarizə aparıblar.

Qalib Yan Dondun meşəyə daxil olan kimi quru ot, sarmaşıq, bambuk və daşlardan ibarət sığınacaq tikib. O, geyim parçalarından ip hazırlayaraq kiçik taxta taburet düzəldib. Bambukdan səbətlər toxuyaraq balıq və krab tutub, həmçinin siçan və həşəratları tutmaq üçün sadə tələlər qurub. Qida kimi meyvə və otlardan istifadə edib, bir neçə dəfə zəhərlənsə də, sağ qalmağı bacarıb.

Gecələr o, odun yandıraraq isinib. Qalib olduğu açıqlananda isə Yan qələbəsini “Mən qalib gəldim!” qışqıraraq qeyd edib. O, meşəni tərk edərkən isə özü ilə topladığı zəncəfil, meyvələr, vəhşi tərəvəzlər və qurduğu tələləri də götürüb.

70 gün ərzində 15 kiloqram çəki itirən Yan Dondunun sağlamlığına heç bir zərər dəymədiyi tibbi yoxlama ilə təsdiqlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://axsam.az
archiveBu xəbər 07 Oktyabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri