Icma.az
close
up
RU
“100 ilin qəhrəmanları” kitabının təqdimat mərasimi keçirilib

“100 ilin qəhrəmanları” kitabının təqdimat mərasimi keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən Tədbirlər Planına uyğun olaraq “Şərq qapısı” qəzetinin hazırladığı “100 ilin qəhrəmanları” adlı kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə şəhidlərimizin və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub. Ölkə başçısı cənab İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam da göstərilən qayğının əyani təzahürüdür. Sərəncama əsasən muxtar respublikanın 100 illik yubileyi bu il ərzində geniş qeyd olundu, bir sıra tədbirlərlə daha yaddaqalan oldu.  

Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”na uyğun olaraq “100 ilin qəhrəmanları” adlı kitabının nəşr edildiyini diqqətə çatdıran Baş nazir qeyd edib ki, igid oğullarımızın qəhrəmanlıq hekayələrinin qələmə alınması, gələcək nəsillərə çatdırılması vacib amildir. Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq üçün bu sahədə nümunəvi addımlar atılır. Qələmə alınan hər sətir o zaman xalqın sərvətinə çevrilir ki, o, qəzetdə öz əksini tapsın, kitab halında nəşr edilsin. Təqdimatına yığışdığımız bu kitab da məhz onlardan biridir. “Şərq qapısı” qəzetinin “100 ilin qəhrəmanları” layihəsi çərçivəsində ərsəyə gətirdiyi kitabda da igid oğullarımızın şücaəti öz əksini tapıb. 

Baş nazir Ceyhun Cəlilov şəhidlərimizin həyat və döyüş yolunu qələmə alıb, yaddaşa köçürməyi özünə borc bilən, kitabın ərsəyə gəlməsində əməyi olanlara, “Şərq qapısı” qəzetinin kollektivinə təşəkkürünü bildirib, Vətən müharibəsi şəhidi İbrahim Vəlizadənin anası Xurşud Vəliyevaya “Yüz ilin qəhrəmanları” kitabını təqdim edib. 

 “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid leytenat Emin Sadiqovun anası Gülşad Rüstəmova, Şəhid İbrahim Vəlizadənin anası Xurşud Vəliyeva çıxış edərək şəhid ailələrinə göstərilən dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyeva minnətdarlıq ediblər. 

 “Şərq qapısı” qəzetinin baş redaktoru, “100 ilin qəhrəmanları” layihəsinin rəhbəri Sara Əzimova, Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru, layihənin icraçısı Turan Məmmədlinin çıxışları dinlənilib. Qeyd olunub ki, “Şərq qapısı” qəzetinin “100 ilin qəhrəmanları” layihəsi çərçivəsində ərsəyə gələn kitabda şanlı Vətən savaşında və sonrakı hərbi əməliyyatlarda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın valideynlərinin (Naxçıvan Muxtar Respublikasında yaşayan) övladları haqqında xatirələri yer alıb. 44 cümləyə sığışdırılan hər bir xatirə şəhidlərimizə böyük sevgi və ehtiramın ifadəsidir. 

 Mərasimdə Naxçıvan Televiziyası və “Şərq qapısı” qəzetinin birgə hazırladığı “100 ilin qəhrəmanları” adlı videoçarxa baxış olub.  

Naxçıvan Dövlət Milli Dram Teatrının direktor əvəzi Mirqabil Əkbərov vətənpərvərlik ruhunda şeir səsləndirib, Naxçıvan Dövlət Filarmoniyasının solisti, Prezident mükafatçısı İlkin Abdullayev “Qələbəyə gedən yollar” mahnısını ifa edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri