Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

“Naxçıvan. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib

“Naxçıvan. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

3 iyul tarixində Milli Kitabxanada “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Naxçıvan. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbiri açan Milli Kitabxananın direktoru professor Kərim Tahirov Naxçıvanın Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutduğunu, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynadığını qeyd edib. Elimə, mədəniyyətə, ədəbiyyata görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri bəxş edən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında nəşr olunmuş biblioqrafiya kitabının ölkəmizin bu qədim diyarı haqqında ilk fundamental biblioqrafiya olduğunu, Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq nəşr edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında Naxçıvan Muxtar Respublikasına aid biblioqrafiya kitabının tərtib olunmasını tarixi hadisə olduğunu söyləyib və bu münasibətilə tədbir iştirakçılarını təbrik edib. Müasir dövürdə Azərbaycanın  ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixi ənənələrə sadiq qalaraq  Ümummilli lider Heydər Əliyevin  parlaq ideyalarını  davam etdirdiyini, hörmətli Cənab Prezident İlham Əliyevin Ulu Öndərin Naxçıvanla bağlı siyasətinin uğurla həyata keçirdiyi  yerlərdən biri olduğunu bildirib.   100 illik dövrü və 10 mindən artıq mənbəni əhatə edən bibiblioqrafik nəşrin Naxçıvanın və Azərbaycanın tarixi, mədəniyyəti haqqında tədqiqat aparan hər kəs üçün vacib elmi mənbə rolunu oynayacağını söyləyərək bu münasibətlə Milli Kitabxananın kollektivini təbrik edib. 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Naxçıvana aid bu biblioqrafik səlnamənin Mədəniyyət nazirliyinin və Milli Kitabxananın Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli sərəncamının icrası istiqamətində ərsəyə gətirilən çox sanballı bir töhfə olduğunu söyləyib. Dünya üzrə beynəlxalq standartlara tam cavab verən bu  biblioqrafiyanın sanballı, mükəmməl  və profesional şəkildə hazırlandığını  vurğulayan natiq bu biblioqrafiyanın Azərbaycan elminə və mədəniyyətinə dəyərli hədiyyə kimi qiymətləndirərək Milli Kitabxananın bugünədək nəşr etdiyi biblioqrafiyaların ən sanballısı və geniş əhatəlisi olduğununu xüsusi vurğulayıb.  

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Milli Məclisin üzvü Fazil Mustafa, Milli Məclisin üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadə, Azərbaycanda Atatürk mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Milli Məclisin üzvü Asif Əsgərov, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Nadir İsmayılov və başqaları çıxış edərək  Naxçıvan Muxtar Respublikasının Azərbaycanın  qədim dövlətçilik tarixində, milli kimliyimizin qorunmasında oynadığı mühüm rolundan ətraflı bəhs edərək  respublikada  ilk olan “Naxçıvan. Biblioqrafiya” kitabının elmi, siyasi əhəmiyyətindən, mənəvi dəyərindən  söhbət açıblar. Biblioqrafiya kitabının elmi-mədəni ictimai fikir tariximizdə unudulmaz, müstəsna tarixi hadisə olduğunu  söyləyiblər

Sonra Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan  “Naxçıvan Muxtar Respublikası-100” adlı elektron məlumat bazasının təqdimatı olub. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Naxchivan-100/index.html linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, Naxçıvan MR-nın yaranmasının 100 illiyi münasibətilə tərtib olunmuş ilk fundamental biblioqrafiyada muxtar respublikanın tarixi, iqtisadiyyatı, kənd təssərrüfatı, təbii sərvətləri, sosial-siyasi mühiti, təhsil və səhiyyə sahəsi, mədəniyyəti, ədəbiyyatı və b. mövzularda kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyul 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see383

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see312

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see292

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see291

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see285

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see282

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see266

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see265

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see260

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see255

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see249

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see248

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see239

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see237

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see231

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see225

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see203

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see200

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri