Icma.az
close
up
RU
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Səmərqənddə Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu, Mərmərə Universiteti və Səmərqənd Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı” keçirilib.

AZƏRTAC xəbər verir ki, qurultay 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda qəbul edilmiş, lakin dövrün siyasi şəraiti səbəbindən reallaşdırılması mümkün olmayan Səmərqənd Türkoloji Qurultayı ideyasının yüz il sonra həyata keçirilməsi məqsədilə təşkil olunub.

Tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən alimlər, tədqiqatçılar, dilçilər və türkologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Qurultay çərçivəsində türk dillərinin aktual problemləri, ortaq dil və mədəni irsin qorunması, türkoloji tədqiqatların perspektivləri, eləcə də elmi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qurultayın əsas məqsədi türk xalqları arasında elmi əlaqələrin möhkəmləndirilməsi, ortaq mədəni dəyərlərin akademik müstəvidə öyrənilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “1926-cı il I Türkologiya Qurultayı: tarixi zəmində, arxiv sənədlərində və milli mətbuatda” mövzusunda məruzə edib. Professor Nadir Məmmədli çıxışında qurultayın türk xalqlarının elmi-mədəni inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. Məruzədə tədbirin tarixi əhəmiyyəti, arxiv sənədləri və dövrün milli mətbuat materialları əsasında geniş təhlil olunub. Professor qurultayın Azərbaycan elmi fikir tarixində xüsusi yer tutduğunu və onun irsinin bu gün də aktuallığını qoruduğunu diqqətə çatdırıb. Nadir Məmmədli vurğulayıb ki, türkoloji araşdırmaların inkişafı, türk dillərinin öyrənilməsi və qorunması, ortaq elmi layihələrin həyata keçirilməsi müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Bildirilib ki, Türk dünyasının alimlərinin bir araya gəldiyi belə mötəbər elmi platformalar qarşılıqlı əməkdaşlığın genişlənməsinə, ortaq elmi irsin daha dərindən araşdırılmasına və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir.

Tədbirdə akademik Nizami Cəfərovun “Azərbaycan türkləri Birinci Türkologiya Qurultayında” və professor İsmayıl Kazımovun “I Türkologiya Qurultayının türkologiyanın sonrakı dövrünə təsiri” mövzularında məruzələri dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri