Icma.az
close
up
RU
100 min evə “KUPÇA”: Daşınmaz əmlak bazarında yeni MƏRHƏLƏ başlayır

100 min evə “KUPÇA”: Daşınmaz əmlak bazarında yeni MƏRHƏLƏ başlayır

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda uzun illər müxtəlif səbəblərdən hüquqi sənədləşməsi tamamlanmamış fərdi yaşayış evləri ilə bağlı yeni mərhələnin başlanacağı gözlənilir.
Təxminən 100 min fərdi yaşayış evinə çıxarışın ("kupça"nın) verilməsi istiqamətində aparılan müzakirələr və atılan addımlar daşınmaz əmlak bazarında ciddi dəyişikliklərin mümkünlüyü ilə bağlı sualları artırıb.

Sənədsiz evlərin rəsmiləşdirilməsi həm vətəndaşların mülkiyyət hüquqlarının qorunması, həm də bazarda şəffaflığın gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Eyni zamanda bu qərarın qiymətlərə, alqı-satqı proseslərinə və ipoteka imkanlarına necə təsir edəcəyi maraq doğurur.

Bəs təxminən 100 min evə “kupça” verilməsi daşınmaz əmlak bazarına necə təsir göstərəcək? “Kupça”nın verilməsi ilə bağlı hansı yeniliklər və mexanizmlər nəzərdə tutulur?

Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı Musavat.com-a açıqlamasında bildirib ki, müxtəlif regionlarda təxminən 100 min fərdi yaşayış evinə çıxarış verilməsi ilə bağlı proses daşınmaz əmlak bazarında gözləntiləri yeni səviyyəyə daşıyıb. Bu addım uzun illərdir qeyri-rəsmi dövriyyədə olan böyük bir əmlak portfelini rəsmi iqtisadiyyata daxil etməklə bazarın həm struktur, həm də funksional təbəqəsini yeniləyəcək: "Bu günə qədər “kupça” olmadığı üçün hüquqi risk daşıyan, alqı-satqıda çətinlik yaradan və banklar tərəfindən girov kimi qəbul edilməyən minlərlə ev rəsmi status qazandıqca, daşınmaz əmlak bazarının davranış meyarları dəyişməyə başlayacaq. Çıxarış verilməsi bazarda sadəcə hüquqi deyil, həm də iqtisadi aktivliyi artıran amildir. Çünki sənədləşmiş əmlak maliyyə sisteminə inteqrasiya olunur, ipoteka və istehlak kreditləri üçün yeni təminat mənbələri yaradır, əhali üçün kreditləşmə imkanlarını genişləndirir. Nəticədə həm bank sektorunun risk portfeli yumşalır, həm də bazarın likvidliyi yüksəlir".

AQP rəsmisi qeyd edib  ki, əmlakın rəsmi dövriyyəyə daxil olması qiymətlərin süni şəkildə şişməsinin qarşısını alır və bazarda real dəyərin formalaşmasına şərait yaradır: "Çünki təklifin artması, qeyri-rəsmi seqmentin azalması və rəqabət mühitinin genişlənməsi qiymətlərin kəskin bahalaşmasının qarşısını alır. Prosesin həyata keçirilməsi əvvəlki illərlə müqayisədə daha sistemli, elektronlaşdırılmış və operativ formatda təşkil olunub. Müraciətlərin rəqəmsal qəbulu, kadastr məlumatlarının daha sürətli uyğunlaşdırılması və torpaq-tikili parametrlərində illərdir mövcud olan uyğunsuzluqların sadələşdirilmiş qaydada həll edilməsi minlərlə ailənin rəsmi qeydiyyata çıxmasına imkan verib. Bu, həm də regionlarda inşaat mədəniyyətinin, torpaqdan istifadə qaydalarının və əmlak idarəçiliyinin hüquqi cəhətdən tənzimlənməsini gücləndirir".

Günay İsmayılqızının sözlərinə görə, çıxarışların verilməsi yalnız əmlak sahiblərinin hüquqlarını qorumaqla kifayətlənmir, eyni zamanda kommunal infrastrukturun leqallaşmasını sürətləndirir: "Uzun müddət qeyri-rəsmi xətlərlə istifadə olunan elektrik, su və kanalizasiya xətlərinin mərhələli şəkildə rəsmi qeydiyyata alınması təhlükəsizliyi artırır və xidmət keyfiyyətini yüksəldir. Bu isə öz növbəsində ümumilikdə yaşayış məhəllələrinin sosial-iqtisadi inkişafına təsir edən mühüm amildir.  100 min evə çıxarış verilməsi daşınmaz əmlak bazarında kölgə iqtisadiyyatının daralmasına, hüquqi şəffaflığın artmasına və dövlətin vergi bazasının genişlənməsinə səbəb olacaq. Bu proses həm bazar iştirakçıları, həm də dövlət üçün uzunmüddətli iqtisadi üstünlüklər yaradacaq. Bu addım əmlak bazarında yeni bir mərhələnin başlanğıcıdır. Nəticədə daha sivil, daha şəffaf və daha rəqabətli mühit formalaşır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Mart 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri