Icma.az
close
up
RU
100 oyundan hansı daha keyfiyyətli olub?

100 oyundan hansı daha keyfiyyətli olub?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə yığmasının qapıçısı Cordan Pikfordun “qeyri-real” adlandırdığı Meksika ilə 1/8 final qarşılaşması DÇ-2026-nın ən yaxşı oyunu seçilib.

"Football-plus.az" xəbər verir ki, “Sports Illustrated” turnirdə indiyədək keçirilmiş 100 matçın reytinqini hazırlayıb. Sıralama müəyyənləşdirilərkən yalnız vurulan qolların sayı yox, oyunların tempi, axıcılığı, dramatizmi, turnir baxımından əhəmiyyəti və azarkeşlərə yaşatdığı emosiyalar da nəzərə alınıb.
Reytinqin ilk pilləsində İngiltərə millisinin Meksikanı 3:2 hesabı ilə məğlub etdiyi oyun yer alıb. Mexikoda ildırım təhlükəsi səbəbindən bir saat gec başlayan qarşılaşmada beş qol, iki penalti və bir qırmızı vərəqə qeydə alınıb. İngiltərə DÇ tarixinə Meksikanı bu ölkənin paytaxtında məğlub edən ilk milli komanda kimi düşüb.
İkinci yerə Argentinanın Kabo Verde üzərindəki 3:2 hesablı qələbəsi layiq görülüb. Kabo Verde oyunda iki dəfə hesabı bərabərləşdirib və son dünya çempionuna ciddi müqavimət göstərib.
Argentinanın Misiri 3:2 hesabıyla məğlub etdiyi oyun isə 3-cü olub. Lionel Messinin komandası 78-ci dəqiqəyədək 0:2 geridə olsa da, 13 dəqiqə ərzində üç qol vuraraq böyük geridönüşə imza atıb. Messi penaltidən yararlana bilməsə də, daha sonra qol və məhsuldar ötürmə ilə seçilib.
4-cü pillədə qol vurulmayan Kolumbiya - Portuqaliya görüşü qərarlaşıb. Nəşr 0:0 hesabına baxmayaraq, qarşılaşmanın yüksək tempdə və qarşılıqlı hücumlar şəraitində keçdiyini vurğulayıb.
Portuqaliyanın Xorvatiyanı 2:1 hesabıyla məğlub etdiyi dramatik oyun 5-ci olub. Xorvatiyanın əlavə vaxtın 13-cü dəqiqəsində vurduğu qol VAR yoxlamasından sonra ofsayd səbəbindən ləğv edilib.
Niderland - Mərakeş oyunu (1:1, p. – 2:3) 6-cı, Əlcəzair və Avstriya yığmalarının 3:3 hesablı heç-heçəsi 7-ci, yeddinci, Braziliyanın Yaponiyanı 2:1 məğlub etdiyi oyun 8-ci, Niderland - Yaponiya oyunu (2:2) isə 9-cu olub.
İlk “10-luğ”u Belçikanın Seneqal üzərindəki 3:2 hesablı qələbəsi tamamlayıb. Belçika iki top fərqi ilə geri düşdüyü qarşılaşmada hesabı bərabərləşdirib, əlavə vaxtda isə Yuri Tilemansın penalti qolu ilə qələbə qazanıb.
Sıralamada ən zəif qarşılaşma Uruqvay və İspaniya milliləri arasında keçirilən oyun sayılıb. İspaniyanın 1:0 hesabı ilə qalib gəldiyi görüş reytinqdə 100-cü yeri tutub. Paraqvay - Avstraliya matçı 99-cu, Çexiya - Cənubi Afrika matçı 98-ci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 İyul 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see294

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see289

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see270

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see256

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see256

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see246

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see238

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see219

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see211

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see205

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see199

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see198

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see197

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see195

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see190

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see186

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see186

Alimlər uzun müddət oturmağın damarlar üçün təhlükəsini AÇIQLADI

04 Sentyabr 2026 20:13see174

Səhiyyədə böyük dönüşün açarı həkimlərdir

04 Sentyabr 2026 19:13see172

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri