Icma.az
close
up
RU
100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI

100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI

Icma.az, Lent az saytına istinadən bildirir.

Dekabrda 100 yaşı tamam olan məşhur amerikalı aktyor və komik Dik Van Dayk uzunömürlülüyünün əsas sirrini açıqlayıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, həyata pozitiv baxmağın və heç vaxt kin saxlamamağın onu gümrah saxladığını bildirib.

Dekabrda bir əsrlik yubileyini qeyd edən aktyor 1964-cü ilin klassik "Merri Poppins" müziklindəki şən bacatəmizləyən Bert rolu ilə tanınsa da, müasir tamaşaçılar onu "Muzeydə gecə" filmindəki Sesil Frederiks və "Klinika" serialındakı doktor Taunsend obrazları ilə daha yaxşı xatırlayırlar.

"People" jurnalına son müsahibəsində Van Dayk qeyd edib ki, qəzəb və nifrət insanı daxildən gəmirən hisslərdir. Aktyor həyatında bəyənmədiyi şeylərin və qəbul etmədiyi insanların olduğunu, lakin heç vaxt kiməsə qarşı dərin nifrət bəsləmədiyini vurğulayıb. O, atasının həyatından daim narazı olduğunu və cəmi 73 il yaşadığını nümunə gətirərək öz nikbinliyinin fərqini qeyd edib.

"Science Alert" elmi nəşri aktyorun bu yanaşmasının elmi əsasları olduğunu bildirir. Tədqiqatlar göstərir ki, aşağı stres səviyyəsi və optimist dünyagörüşü uzunömürlüklə birbaşa bağlıdır. Məsələn, hələ 1930-cu illərdə 678 rahibə üzərində başlayan araşdırma maraqlı nəticələr ortaya qoyub.

Gənc yaşlarında yazdıqları tərcümeyi-hallarında daha çox müsbət emosiyalar və şükranlıq ifadə edən qadınların, neqativ yazan həmyaşıdlarından orta hesabla on il daha çox yaşadığı məlum olub.

Böyük Britaniyada aparılan müasir araşdırmalar da optimistlərin pessimistlərdən 11-15% daha çox yaşadığını təsdiqləyir. Təxminən 160 000 qadının iştirak etdiyi başqa bir genişmiqyaslı tədqiqat isə nikbin insanların 90 yaş həddini keçmək şansının daha yüksək olduğunu göstərib.

Elmi izahlardan biri qəzəbin ürək fəaliyyətinə mənfi təsiridir; qəzəb anında ifraz olunan adrenalin və kortizol hormonları, hətta qısamüddətli partlayışlar şəklində olsa belə, ürək-damar sisteminə ciddi zərər vurur.

Uzunömürlüklə bağlı digər maraqlı məlumatlara görə, sağlam qidalanma və idman vacib olsa da, genetik faktor hələ də birinci yerdə qalır. Bununla yanaşı, dünyadakı 100 yaşlı insanların bir çoxunun "saxta" olduğu da iddia edilir. Sənədlərdəki səhvlər və ya ailə üzvlərinin təqaüd almaq məqsədilə vəfat faktını gizlətməsi statistikada yanlışlıqlara yol açır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Aprel 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri