105 yaşlı qadın uzunömürlülüyün sirrini verdi: Hər səhər mütləq bunu edirəm
Ötən ay 105 yaşını qeyd edən Deyzi Teylor uzunömürlülüyün sirrini bölüşüb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Taylor "Bu qədər yaşayacağımı heç vaxt təxmin etməzdim" - deyərək sağlamlığını hər səhər yoqa ilə məşğul olmağa borclu olduğunu bildirib.
25 nəvəsi olan qadın hər gün yuxudan oyananda hər zaman yarım saatını yoqaya ayırdığını deyib: "Mənim ən çox sevdiyim yoqa mövqeyi ayaq üstə yarım ay pozasıdır. Çünki bu poza mənə yaxşı gəlir. Yoqa təkcə bədənimi deyil, ağlımı da inkişaf etdirir. Taylor "Düşünürəm ki, yaşlandıqca daha ağıllı oluram" - dedi.
Yoqa ilə yanaşı əylənmənin də uzunömürlülüyə təsiri olduğunu ifadə edən Taylor, "Sosiallaşdığınızdan əmin olun. Gülün, əylənin. Söhbət etmək sağlamlığınız üçün yaxşı vasitədir" -dedi.
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255