107 il gecikən məktub: əsir Şakirin nəvələrinə çatan tarixi sənəd
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Birinci Dünya Müharibəsində əsir düşən Şakir Mehmet oğlunun yazdığı məktub 107 il sonra nəvələrinə çatdırılıb.
Ölkə.az "TRT Haber"ə istinadən xəbər verir ki, 1916-cı ildə Rusiyada əsir olan Şakir ailəsinə məktub göndərmək istəyib. O, məktubunda müharibə zamanı hər iki ayağını itirdiyini, üç il əsirlikdə qaldığını, lakin bunun onu məyus etmədiyini yazıb. Əsas narahatlığının dörd ildir ailəsindən xəbər ala bilməməsi olduğunu bildirib və onlardan xəbər gözlədiyini qeyd edib.
Lakin müharibənin çətin şərtləri səbəbindən məktub ünvana çata bilməyib və 100 ildən çox müddət ərzində oxunmamış qalıb. 2023-cü ildə isə araşdırmalar nəticəsində məktub tapılaraq, Samsunun Kavak rayonunda yaşayan nəvələrinə verilib.
Məktub Qızıl Aypara tərəfindən təşkil edilən “Əsrin Etibarı: Qızıl Aypara Əsir Məktubları” sərgisində nümayiş olunub.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Fevral 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















