Icma.az
close
up
RU
Kənan Şakirin şeirləri...

Kənan Şakirin şeirləri...

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vətənim

Qəlbimdə çağlayır çılğın tufanlar,
Gözümdə qüdrətdən qığılcım parlar,
Könlümdə bir bulaq qaynayıb, çağlar,
Mənbəyi mənsubdur sənə, vətənim!

Gənclik, həyatın ən şirin çağı,
Mərdlik, məşəlin sönməz çırağı,
Kamillik, insanın nəqşi-növrağı,
Gözəllik, məxsusdur sənə, vətənim!

Adına qoşulmuş, gör, neçə şeir,
Bülbüllər sevgindən odlanıb deyir:
“Sənin qüdrətinlə vuran könüllər,
Sükuta qərq olar sənsiz, vətənim!”

***

Yenə

Gecələr sayrışan ulduzlar kimi,
Qaçardıq şəhərin küyündən yenə.
Sabahlar axşama qarışan kimi,
Qarışdı düşüncəm hüsnünlə yenə.

Axsa da gözümdən yuxu yaşları,
Xəyalın gəlmədən yatmıram yenə.
Can yaxan gözləri, kaman qaşları,
Özgə bir gözələ satmıram yenə.

Keçəcək bəlkə də, illərin çoxu,
Könlümü kimsəyə açmaram yenə.
Əsirtək boynumda ilahi qoxun,
Düşdüyüm tilsimdən qaçmaram yenə.

Rast gəlib oxusan, Şakirdən şeir,
Sətirlər nəql edər eşqimi yenə.
Bilsəm ki, bəxş edib yarıma xeyir,
Açaram bulaqtək çeşmimi yenə.

***

Vaqif Səmədoğlunun “Heç kəsə demə” şeirinə nəzirə

Gözdən pərdə asmışam,
Qəlbimdən daş asmışam
Kinə qulaq asmışam.
Heç kəsə demə.

Daş qəlblilər içində
Ən soyuq bir biçimdə
Uşaq ölüb içimdə
Heç kəsə demə.

Öz yolumdan azmışam
Sən demə, ayazmışam
Qızmar şeir yazmışam
Heç kəsə demə.

***

Sabahın

İnsan gərək, üstün tutsun xeyiri,
Bir də gördün, açılmadı sabahın.
Şair, sən də üstün tutdun şeiri,
Sən yazdıqca, açılmadı sabahın?

Susqunluqdan qulaqların kar olub,
Yalnızlıqdan könül çevrən dar olub,
Güvəndiyin dağlar başı qar olub,
Hədər gedib keçmiş, qalıb sabahın.

Bir ömür ki haqlayıbdır yarını,
Tapmayıbdır həyatının yarını,
Kənan əgər düşünürsə yarını,
Nə bilir ki, var olacaq sabahın?

***

Bayram günü

25 dekabrda Bakı-Qroznı reysini yerinə yetirən 
“Emraer 190” tipli sərnişin təyyarə qəzasında
 həlak olan soydaşlarımıza ithaf edirəm

Qurulmuş min cürə nemətlə yenə
Stullar gözləyir bir kimsə enə.
Doğmalar oturan masada demə,
Doğmasız qalacaq bu bayram günü

Keçməyir boğazdan bir tikə belə
Ağsaqqal yoxdu ki, bir tikə bölə,
Bir yıxan qalıb ki, bir tikən ölə?
Ocaqsız qalacaq bu bayram günü.

Bu axşam süfrədə oturmuşam tək
Yeməklər soyuyub, çörəyimiz bərk
Yeməyi yeməyib kim edəcək tərk?
Onlarsız qalacaq bu bayram günü.

***

Qar yağır

Qar yağır:
Əllərim həsrətlə donur,
Külək əllərilə boğur,
Nəfəsim şaxta qoxur.

Qar yağır:

Yenə gəzirəm papaqsız,
Çovğun səntək amansız,
Qış ötüşmür yamansız.

Qar yağır:

Söndürür eşq ocağımı,
Çartladır süst dodağımı,
Küləkdən al sorağımı.

Qar yağır:

Soyuq döyür pəncərədən,
Məst alıram mənzərədən.
Hey baxıram mərtəbədən.

Qar yağır:

Oynayırdıq yığışaraq,
Sevinirdik çığıraraq,
İsinirdik sığınaraq.

Qar yağır:

Sətirlərim ağappaq,
Heyif günəş açacaq,
Qar əriyib axacaq... 

***

Nə yazar

Can evimdə bir yanğın var sönməyən
Yollar çəkən bir cüt göz var dönməyən
Təbim var ki, hey yazdıqca ölməyən
Amma di, gəl, nə şairəm, nə yazar.

Ölüm məni haqlayanda gələsən
Əcəl məni cəngə alsa, görəsən
Buz tutmuş dodaqlardan öpəsən
Ölü bədənə can versən nə yazar?

Keçər sənsiz neçə həftə, neçə ay
Sənsiz qışam, varlığınsa, mənə yay
Kimsəsizəm, çarə yoxdur mənə, day
Dərdlərimə dərman olsan, nə yazar?

Şakir bilir, hər aşiqin dərdini
Sevgisinə sadiq qalan mərdini
Sənsiz neylər o, Allahı, ya dini?
Ruhən əlil olan kəsə nə yazar?

Şeirlərin müəllif: Kənan Şakir,

Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi

MİA.AZ
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri