Icma.az
close
up
RU
107 illik şərəfli tarixi yol: Deputat o yola nəzər saldı

107 illik şərəfli tarixi yol: Deputat o yola nəzər saldı

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

7 dekabr Azərbaycan tarixində müstəqil dövlət quruculuğunun təməl daşlarından biri kimi xüsusi əhəmiyyətə malikdir. 

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat bildirib ki, 1918-ci ilin məhz bu günündə — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası keçirildi və Azərbaycan xalqının milli iradəsini təmsil edən ilk parlamentli respublika modeli rəsmi şəkildə fəaliyyətə başladı:

“Bu mühüm iclas saat 13:30-da Bakıda, hazırda Əlyazmalar İnstitutu kimi tanınan binada baş tutdu və ölkənin görkəmli dövlət xadimi, diplomat Əlimərdan bəy Topçubaşov Parlamentin ilk sədri seçildi. Azərbaycan parlamentçiliyinin formalaşması 1918-ci ildən xeyli əvvəl — XX əsrin əvvəllərində, çar Rusiyasının Dövlət Dumasına keçirilən seçkilərdə iştirakla başlanmışdı. Azərbaycanın qabaqcıl ziyalıları və siyasi xadimləri — Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov və başqaları çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı çıxaraq xalqın hüquqlarını qorumağa çalışmış, Azərbaycan türklərinin səsinin imperiya daxilində eşidilməsi üçün mübarizə aparmışdılar. Bu şəxslərin fəaliyyəti sonradan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarında, o cümlədən parlament işində öz real siyasi təcəssümünü tapdı”.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyəti qısa — 1918–1920-ci illər arasında davam etsə də, ölkənin demokratik inkişafına misilsiz töhfələr verdi:

“Bu dövrdə qadınlara seçki hüququnun verilməsi, uşaq və ailə hüquqlarının müdafiəsi, təhsil, sosial təminat və dövlət idarəçiliyi sahəsində irəli sürülmüş qanun layihələri Cümhuriyyətin mütərəqqi, qabaqcıl dövlətçilik ideyalarını əks etdirirdi. Azərbaycan, qadınlara seçki hüququ verən ilk müsəlman dövləti kimi dünya miqyasında demokratik ənənələrin banilərindən biri oldu”.

S.Salmanova vurğulayıb ki, müstəqillik 1991-ci ildə bərpa edildikdən sonra Azərbaycan parlamenti yeni tarixi vəzifələrin icrasını üzərinə götürdü:

“Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Milli Məclisin institusional strukturu möhkəmləndirildi, parlament dövlətin hüquqi əsaslarının qurulmasında aparıcı rol oynamağa başladı. Yeni Konstitusiyanın qəbulu, hüquqi islahatlar, müstəqil dövlət idarəçiliyinin formalaşdırılması kimi taleyüklü qərarlar məhz bu dövrdə qəbul edildi. Bu gün parlament ənənələrinin davam etdirilməsi və hüquqi dövlət quruculuğunun daha da inkişaf etdirilməsi Cənab Prezident İlham Əliyevin siyasi kursunun mühüm istiqamətlərindən birini təşkil edir. Qanunvericilik təşəbbüslərinin genişləndirilməsi, dövlət idarəçiliyinin modernləşdirilməsi və sosial rifahın yüksəldilməsi parlamentin əsas prioritetləri kimi çıxış edir”.

Millət vəkili söyləyib ki, 107 illik şərəfli tarixi yol qət etmiş Azərbaycan Parlamentinin bugünkü fəaliyyəti də ölkənin müstəqilliyinin qorunmasına, xalqın iradəsinin təcəssümünə və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir:

“Parlamentin hazırkı sədri Sahibə xanım Qafarovanın fəaliyyəti, qanunvericilik prosesinin səmərəliliyinin artırılması, beynəlxalq parlament diplomatiyasının gücləndirilməsi baxımından xüsusi qeyd edilir. Bu gün — 7 dekabr, Azərbaycan parlamentçiliyinin yaranması günü kimi təkcə tarixi hadisənin xatırlanması deyil, həm də dövlətçilik ənənələrimizin inkişafına verilən dəyərin təzahürüdür. Azərbaycan xalqı parlamentin keçdiyi şərəfli yola, onun keçmiş və indiki fəaliyyətinə dərin ehtiramla yanaşır”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Dekabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri