Icma.az
close
up
RU
Sabitlik və qürur sütunu 107 illik şərəfli tarix

Sabitlik və qürur sütunu 107 illik şərəfli tarix

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Bu gün Azərbaycanın sabit və təhlükəsiz ölkə olması təsadüfi deyil. Bu, illərdir aparılan düşünülmüş siyasətin, güclü dövlət idarəçiliyinin və ən əsası, güclü ordunun nəticəsidir. Ölkədə sabitlik var, sərhədlər qorunur, insanlar rahat yaşayır və gələcəyə inamla baxır. Regionda baş verən gərginliklər fonunda Azərbaycanın sabit qalması dövlətin hər zaman ayıq-sayıq olmasından, təhlükəsizliyə ciddi yanaşmasından irəli gəlir.

1990-cı illərin çətin və mürəkkəb dövründə müstəqil olsaq da milli ordu anlayışı kağız üzərində qalmışdı. Ancaq Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə hərbi quruculuq sahəsində dönüş yaranıb. Onun uzaqgörən siyasəti, prinsipial mövqeyi nəticəsində nizami, peşəkar milli ordu formalaşmağa başlayıb.

Bu gün isə tam fərqli mənzərə yaranıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionda ən güclü orduya çevrilməkdədir. Müasir texnologiyalarla təchiz olunmuş, döyüş ruhu yüksək olan bu ordu dünyanın hərbi reytinqlərində yuxarı sıralardadır. Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan təkcə ordu quruculuğu ilə kifayətlənməyib, eyni zamanda milli hərbi sənaye kompleksini yaradıb. Artıq Azərbaycanın istehsalı olan silah və texnika dünyanın aparıcı hərbi sərgilərində nümayiş olunur, xarici dövlətlərin diqqətini çəkir.

Azərbaycan Ordusunun gücünü biz təkcə Vətən müharibəsində yox, Aprel döyüşlərində, antiterror əməliyyatlarında da açıq şəkildə gördük. Zəfər yürüşü ilə Şuşaya qədər irəliləyən, Hadrutda hərbi tarixi dəyişən, bir günlük anti-terror əməliyyatında zərgər dəqiqliyi ilə hədəflərə çatan bu ordu artıq sadəcə hərbi qurum deyil - bu, Azərbaycanın qələbə simvoludur.

Vətən müharibəsində qazanılan tam qələbə xüsusi diqqətə layiqdir. Müasir dövrün hərbi tarixində Azərbaycanın əldə etdiyi tam və qətiyyətli qələbə bu uğurun unikallığını göstərir. Bu gün Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması, zabit heyətinin peşəkarlığının artırılması Azərbaycanın güclü və mütəşəkkil orduya sahib olduğunu bir daha sübut edir. 

Ən vacib məqamlardan biri isə odur ki, Azərbaycan Ordusu döyüş zamanı da qaydalara əməl edir. Mülki şəxsləri və obyektləri hədəf almır, əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparır. Bu, sadəcə hüquqi məsuliyyət deyil, həm də etik mövqedir. Ermənistan ordusunun mülki əhalini hədəfə aldığı halda, Azərbaycan Ordusu fərqini açıq şəkildə göstərdi - hərbi gücünü insan həyatına hörmətlə birləşdirib.

Dünyada beynəlxalq hüququn təsir imkanlarının zəiflədiyi, gücün və maraqların önə çıxdığı bu dövrdə dövlətlərin təhlükəsizliyi yalnız güclü ordu ilə təmin oluna bilər. Bu mənada Azərbaycanın seçdiyi yolun uğurlu nəticələri göz qabağındadır.

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Azərbaycanın suverenliyi bərpa olunub, ərazi bütövlüyü təmin edilib. Bu gün Azərbaycan regionda sülhün və təhlükəsizliyin əsas təminatçılarından biridir. Və bu sabitliyin, bu təhlükəsizliyin arxasında duran əsas qüvvə Azərbaycan Ordusudur.

İslam
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 İyun 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri