Icma.az
close
up
RU
11 ay yatan heyvan: niyə aylarla oyanmır?

11 ay yatan heyvan: niyə aylarla oyanmır?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi heyvanlar ilin müəyyən dövrlərində uzun müddət davam edən qış yuxusuna - hibernasiyaya gedirlər. Bu zaman onların bədən temperaturu aşağı düşür, ürək döyüntüləri və maddələr mübadiləsi əhəmiyyətli dərəcədə zəifləyir. Lakin təbiətdə elə canlılar da var ki, ilin böyük hissəsini bu vəziyyətdə keçirə bilirlər.
Bizim.Media xəbər verir ki, belə qeyri-adi canlılardan biri adi süleysindir. Kiçik gəmiricilər qrupuna aid olan bu heyvan əsasən Avropanın meşəlik ərazilərində yaşayır və uzunmüddətli hibernasiya qabiliyyəti ilə seçilir.
Araşdırmalar göstərib ki, bəzi süleysinlər əlverişsiz illərdə 11,4 aya qədər hibernasiya vəziyyətində qala bilirlər.
Burada söhbət yalnız qış aylarında yuxuya getməkdən getmir. Süleysin adətən payızda qış yuxusuna gedir və yazın sonlarına doğru oyanır. Lakin qida ehtiyatlarının və çoxalma şəraitinin əlverişsiz olduğu illərdə bəzi fərdlər yay aylarında da yenidən yeraltı sığınacaqlarına çəkilirlər. Nəticədə hibernasiya dövrü adi qış aylarından xeyli uzun çəkir.
 

Süleysin aktiv olduğu dövrdə kifayət qədər yağ ehtiyatı toplayır. Daha sonra yerin altında qazdığı və ya istifadə etdiyi sığınacaqda uzun müddət hərəkətsiz qalır. Hibernasiya zamanı maddələr mübadiləsi kəskin şəkildə zəifləyir və orqanizm enerji sərfiyyatını minimuma endirir.


Avstriyanın Vyana meşələrində aparılan müşahidələr zamanı bəzi süleysinlərin hibernasiya müddətinin 11 aydan çox davam etdiyi müəyyənləşdirilib. Beş fərddə bu müddət 11–11,4 ay arasında olub. Ən uzun qeydə alınan müddət isə 346 gün təşkil edib.
Mütəxəssislər bu davranışın yalnız qida çatışmazlığı ilə bağlı olmadığını bildirirlər.
Çoxalma üçün əlverişsiz illərdə uzun müddət yerin altında qalmaq süleysinə enerjisini qorumaqla yanaşı, yırtıcılardan uzaq qalmağa da imkan verir.
Buradan belə qənaətə gəlmək olar k, “11 ay yatan heyvan” ifadəsi şişirdilmiş məlumat deyil. Süleysinin bəzi fərdləri həqiqətən də ilin demək olar ki, tamamını hibernasiya vəziyyətində keçirə bilirlər. Bu, onların əlverişsiz şəraitdə enerjiyə qənaət edərək sağ qalmasına imkan verən maraqlı bioloji uyğunlaşmadır. (mətbuat.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Oktyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri