Icma.az
close
up
RU
11 günlük hərbi əməliyyatlardan sonra İsrail və ABŞ müharibənin yekun mərhələsində

11 günlük hərbi əməliyyatlardan sonra İsrail və ABŞ müharibənin yekun mərhələsində

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fordo obyektinə gecə saatlarında endirilmiş aviazərbə hərbi terminologiyada "müharibəni yekunlaşdıran akt" kimi qiymətləndirilir.

Bizimyol.info xəbər verir ki, bunu İsrailin “Maariv” qəzetinin hərbi eksperti Avi Aşkenazi ABŞ tərəfindən İranın nüvə proqramına qarşı həyata keçirilmiş zərbələri şərh edərkən bildirib.

Hazırda İran tərəfi zərərin miqyasını qiymətləndirməyə çalışır, hücum nəticəsində zərər çəkmiş obyekt və şəxsləri müəyyən edir. Son 11 gün ərzində İranın hərbi infrastrukturu ciddi şəkildə zədələnib. Mövcud məlumatlara əsasən, raket qurğularının 60 faizdən çoxu sıradan çıxarılıb, ölkənin hava məkanına nəzarət zəifləyib, yüksək rütbəli hərbi komandanlıq ya məhv edilib, ya da mümkün hədəfə çevrilmək ehtimalına görə fəaliyyətsiz vəziyyətdədir. İranın hərbi-dəniz qüvvələrinin hazırkı vəziyyətdə İsrail Hərbi Dəniz Qüvvələrinə, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinə qarşı müqavimət göstərmək imkanlarının zəif olduğu qeyd olunur.

Eyni zamanda, İranın regionda dəstəklədiyi qruplaşmalar – HƏMAS, “Hizbullah”, husilər və İraqla Suriyadakı şiə milisləri – hazırda fəallıq göstərmir. Bu passivliyin əsas səbəblərindən biri, İsrail Müdafiə Qüvvələrinin son günlərdə İranın regional strategiyasında əsas rol oynayan iki şəxsi – Said İzad və Bəhnam Şəhriyarini – zərərsizləşdirməsi ilə bağlıdır.

Qeyd olunan şəxslərin hər ikisi İranın regionda formalaşdırdığı "proksi" sisteminin əsas ideoloji və əməliyyat dayaqları hesab olunurdu. Onların zərərsizləşdirilməsi Tehran tərəfindən illər ərzində qurulmuş və maliyyələşdirilmiş hərbi-siyasi şəbəkələr üçün ciddi zərbə olub.

Məlumata əsasən, İsrail və ABŞ hazırda münaqişənin yekun mərhələsinə daxil olub. İsrailin yaxın saatlar və ya günlər ərzində hərbi əməliyyatları başa çatdırması ehtimal edilir. ABŞ tərəfi isə, İranın əlavə hərbi addımlar atmadığı təqdirdə, hərbi fazanın yekunlaşdırılmasının və diplomatik müstəviyə keçidin mümkünlüyü barədə mesajlar verib.

Bununla belə, tərəflər bildirirlər ki, İranla əldə olunacaq razılaşmanın yalnız nüvə proqramı və raket sistemləri ilə məhdudlaşması qənaətbəxş sayılmır. Bölgədə sabitliyin təmin olunması üçün İranın daxili və xarici siyasətində fundamental dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklər İranın regionda öz rolunu yenidən müəyyən etməsi fonunda baş verməlidir.

ABŞ-ın yaxın zamanlarda Avraam Sazişlərinin əhatə dairəsini genişləndirməsi istiqamətində təşəbbüslərlə çıxış edəcəyi gözlənilir. İsrailin yüksək səviyyəli kəşfiyyat imkanları, Hərbi Hava Qüvvələrinin dəqiqliklə həyata keçirdiyi əməliyyatlar və ABŞ-la olan strateji tərəfdaşlığı dünya ictimaiyyəti tərəfindən aydın şəkildə müşahidə olunmuşdur. Bu, müharibədən sonrakı dövrdə İsrailin regional və beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə səbəb olacaqdır.

Mövcud vəziyyətdə əsas prioritet məsələlərdən biri də HƏMAS tərəfindən Qəzza zolağında saxlanılan 50 nəfər israilli girovun azad olunmasıdır. Ekspertlər bildirirlər ki, 19 ay əvvəl Yəhya Sinvar tərəfindən başladılan hücumlar İsrailin zəiflədilməsi məqsədini daşısa da, nəticə etibarilə əks effekt doğurmuş, İranın uzun illər ərzində yüz milyardlarla dollar sərf edərək qurduğu “şər oxu”nu zəiflətmişdir.

Məhz bu girovların azad olunması İsrailin cari hərbi əməliyyatlarında tam qələbəsini simvolizə edəcək və Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşmasına əsas zəmin yaradacaqdır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 İyun 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri